Menu
Geri İrəli

Sumqayıtın millət vəkili Tədqiqat Mərkəzinin açılışında

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2015 • Baxış sayı: 847 dəfə • Şərh yoxdur

12366597_1033669970017239_1373855805_n

Sumqayitxeber.com xəbər verir ki, bu gün Koç Sistem Azərbaycan Şirkətinin Qafqaz Universiteti Texnoparkında (QUTexnopark) qurduğu Tədqiqat Mərkəzinin açılış proqramı baş tutub.

Azərbaycan Respublikası İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadə, Azərikimya İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyəti Başcısının muavini Fuad Cəbrayılov,  Koç Sistem Türkiye Araşdırma – Gəlişdirmə və İş Uyğulamaları üzrə Direktoru Ömer Özgür Çetinoğlu,  eləcə də digər dövlət qurumlarından (AR İqtisadiyyat və Sənaye Nazirliyi, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı və s.), universitet və institutların nümayəndələri, informasiya texnologiyaları sektorunda fəaliyyət gösətərən şirkətlərin nümayəndələrinin iştirak etdiyi proqram ictimaiyyətin xüsusi marağına səbəb oldu. Belə ki, regionun ən böyük İT şirkətlərindən olan Türkiyədə qurulmuş Koç Sistem, ölkə xaricində ilk araşdırma mərkəzini təsis etdi. İT sektroun müxtəlif sahələr üzrə innovasiyaların formalaşdırılması və tətbiqi ilə tanınan Koç Sistem QUTexnopark-da qurduğu Araşdırma Mərkəzində Qafqaz Universitetinin də potensialından faydalanaraq, Azərbaycan və region ölkələrində xidmət göstərəcəyini planlaşdırır.

Açılış proqramında çıxış edən Qafqaz Universitetinin rektoru prof.dr. Ahmet Saniç və Koç Sistem Azərbaycan şirkətinin baş direktoru prof.dr. Ali Bülent Kutvan qarşılıqlı əməkdaşlıqların uğurlu perspektivlərindən bəhs edərək, ölkədə yüksək texnologiyaların inkişafına veriləcək töhfələrən danışdılar.

Mmillət vəkili Muxtar Babayev çıxışlarında əldə edilən uğurlara görə öz təbrik və təşəkkürlərini çatdırıb.

Çıxış edənlər qeyd etdilər ki, universitetlərdə innovasiyaların inkikşafın verilən əhəmiyyət çox təqdirə layiq hal olmaqla, həm də ölkə prezidenti Cənab İlham Əliyevin qarşıya qoyduğu, neft kapitalının insan kapitalına çevrilməsi, hədəfinə uyğun hesablanmış fəaliyyətlərdir.

 Təbrik və məruzələrdən sonra qırmızı lent kəsildi və, qonaqlar tədqiqat mərkəzi ilə tanış oldular.

Qeyd edək ki, Koç Sistem QUTexnopark-da fəaliyyət göstərən müxtəlif şirkətlərdən biridir.

Sumqayitxeber.com

12395340_1033670056683897_1885125944_n 10529608_1033669756683927_562183479_n 10595855_1033669840017252_1547612044_n
12366727_1033669786683924_655479247_n 12380034_1033669990017237_1563346506_n 12380161_1033670626683840_328855224_n 12387999_1033670036683899_238711211_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın