Menu
Geri İrəli

Komitə sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2013 • Baxış sayı: 183 dəfə • Şərh yoxdur
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov avqust ayının 30-da Sumqayıt şəhərində keçirdiyi vətəndaş qəbulunda onların müraciətlərinə baxıb, təklif və xahişlərini dinləyib.ƏMDK-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri və Abşeron rayonlarından olan vətəndaşlar iştirak edib.Səsləndirilən müraciətlərin əksəriyyəti daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsinə aid olan məsələlərlə bağlı olub.Sədr, bəzi vətəndaşların müraciətlərinin dərhal həlli üçün uyğun göstərişlərini verib. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilib və araşdırılmalı müraciətlər qeydiyyata alınıb. Müraciətlərin bəziləri komitə fəaliyyətinə birbaşa aid olmadığı üçün həmin vətəndaşlara müraciətlə bağlı istiqamət verilib və tövsiyələr edilib.

Komitə sədri tərəfindən vətəndaşların müraciətləri mütəmadi diqqət mərkəzində saxlanılır. Növbəti ay ərzində də respublika üzrə belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın