Menu
Geri İrəli

Kor Vanqadan tükürpədici iddialar

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2013 • Baxış sayı: 213 dəfə • Şərh yoxdur

4509-ci ildə insanlar Tanrıyla ünsiyyətə keçə biləcək

 Hamının kor Vanqa kimi tanıdığı məşhur Vanqa nənənin ölməsinin üstündən 14 il keçməsinə baxmayaraq, hələ də onun gələcək üçün verdiyi proqnozlar gerçəkləşmək üzrədir. Sizə Vanqanın dediyi şokedici proqnozları təqdim  edirik.

 2014-cü ildə baş verəcək müharibədən sonra dünya əhalisinin yarısı dəri xərçəngindən əzab çəkəcək. Buna səbəb isə döyüşdə nüvə silahından istifadə etmək olacaq.

***

Vanqanın proqnozuna görə, 2016-cı ildə Avropa əhalisi tükənmə nöqtəsinə gələcək. Və demək olar ki, 2025-ci ildə Avropada çox az sayda insan yaşayacaq.

***

Vanqanın məlumatları sırasında ən maraqlısı  isə odur ki, o 2018-ci ildə dünyanın yeni super gücünün Çin Respublikası olacağını deyib.

***

Vanqanın dediyi ilginc iddialar sırasında Yer kürəsi və əhalisi haqqında da kifayət qədər informasiyalar var. O, bildirib ki, 2023-cü ildə dünyanın orbitində naməlum dəyişiklik olacaq.

***

2028-ci ildə yeni bir enerji növü inkişaf etdiriləcək. Bu enerji növünün sayəsində yavaş-yavaş aclıq hissi hiss olunmaz hala gələcək.

***

2033-cü ildə Qütbdəki buzlaqlar əridikcə yer kürəsinin su səviyyəsi artacaq. Buzlaqlarla mübarizə dünya iqtisadiyyatına böyük zərbələr vuracaq. Amma buna baxmayaraq, 2043-cü ildə dünya iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq. Müsəlmanlar Avropanın hakimi olacaqlar.

***

2046-cı ildə yeni bədən orqanlarının istehsalına maliyyə ayrılacaq. İnsan orqanları çoxaldıla biləcək. Xəstələnən orqanın yerinə yenisinin qoyulması ən çox istifadə edilən və ən sadə müalicə üsulu olacaq.

***

2066-cı ildə ABŞ müsəlmanlarının idarəsi altında Romaya qarşı iqlim dəyişdirən bir silah istifadə ediləcək. Bunun nəticəsində istilikdə ani bir eniş yaşanacaq.

***

2088-ci ildə insanların saniyələr ərzində yaşlanmasına səbəb olan yeni bir xəstəlik yaranacaq. Çox keçməyəcək ki, 2097-ci ildə yaşlanma xəstəliyi müalicə ediləcək.

***

2100-ci ildə insan istehsalı olan süni günəş yaradılacaq. Bu hadisədən 11 il sonra isə insanlar androidə bənzər robotlara çevriləcək.

***

2123-ci ildə böyük ölkələr kiçik ölkələr arasında gedən döyüşlərin əlində aciz qalacaq.

***

12 yaşında qeyri-adi istedada sahib olan Vanqa dünyada baş verəcək hadisələri sıralayarkən qeyri-adi, maraqlı iddialar səsləndirib. ”Axar.az”ın xarici mediaya istinadən verdiyi xəbərdə bildirilir ki, kor olmasına baxmayaraq, çox şeyi görə bilən Vanqa 2130-cu ildə dünya əhalisi ilə yadplanetlilərin əməkdaşlıq edəcəyini iddia edib. Bu iki növ məxluqlar arasında olan iş birliyindən sonra su altında mədəniyyətlər qurulacaq. 2288-ci ildə isə yadplanetlilərlə çox sıx əlaqələr yaranacaq.

***

2164-cü ildə heyvanlarda insanlaşma xüsusiyyətləri meydana gələcək.

***

2196-cı isə ildə Asiya və Avropa irqləri arasında fərqi müəyyən etmək olmayacaq. İrqlər tamamilə bir-birinə qarışacaq. 2273-cü ildə ağ, qara və sarı irqlərin birləşməsindən yeni cins insan növü yaranacaq.

***

2221-ci ildə dünya əhalisi xarici həyat axtarışında olarkən insanlar qorxunc, naməlum bir şeylə qarşılaşacaqlar.

***

2302-ci ildə kainatın əhəmiyyətli, əsas olan bütün qanunları və sirləri ortaya çıxacaq.

***

2371-ci ildə bütün dünyada aclıq baş verəcək. Bu gedişlə 2378-ci ildə çox sürətlə böyüyən yeni bir nəsil ortaya çıxacaq.

***

3010-cu ildə Aya bir kometa çarpacaq. Dünyanın ətrafı daş, toz və küllə örtüləcək.

***

3803-ci ildə Yeni bir planetdə yavaş-yavaş əhali artacaq. İnsanlar arası ünsiyyət azalacaq. Yeni planetin iqlimi insanların orqanizmlərini dəyişdirəcək, insanlar mutasiyaya uğrayacaq.

***

3854-ci ildə insanlar sürü halındakı heyvanlar kimi yaşamağa başlayacaqlar.

***

4308-ci ildə insanların beynində pislik və nifrət kimi hisslər qalmayacaq.

***

Vanqanın iddialarından ən şokedicisi isə odur ki, o, 4509-ci ildə insanların  Tanrıyla ünsiyyətə keçə biləcəyini və 4599-cu ildə insanların ölümsüzləşəcəyini iddia edib.

***

4674-cü ildə yadplanetlilərlə insanlar bir-birinə bənzəməyə başlayacaq. Və ən son olaraq isə 5079-cu ildə dünyanın sonu gələcək.

- See more at: http://axar.az/news/982#sthash.HCggMTXu.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın