Menu
Geri İrəli

Koreyalılar Sumqayıt Kimya Sənaye Parkına maraq göstərirlər

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2012 • Baxış sayı: 265 dəfə • Şərh yoxdur
Share Button

Azərikimya İstehsalat Birliyində Cənubi Koreyanın KOTRA (Koreya Ticarət İnvestisiyalarının Təşviqi Agentliyi) və KOPIA (Koreya Sənaye Müəssisələri Birliyi) təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. 

Birlik rəhbərliyi ilə görüş zamanı qonaqlar Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən neft-kimya sənayesinə investisiya qoyulmasına, yeni inşa ediləcək müəssisələrin müasir texnoloji avadanlıqlarla təminatına maraq göstərdiklərini, yeni obyekt və qurğuların tikintisində iştirak etmək istədiklərini bildiriblər. Koreyalı iş adamları Sumqayıt Kimya Sənaye Parkına da xüsusi maraq göstəriblər. Bildirilib ki, inşa ediləcək yeni parkın geniş ərazisində onlarla özəl şirkət və birgə müəssisələrin qurulması nəzərdə tutulub. Bu isə kiçik və orta biznesin inkişafında, məhsul istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaqdır. Diqqətə çatdırılıb ki, Koreya şirkətləri həm investisiya qoyuluşu, həm ekoloji layihələri, modern və unikal qurğuları, həm də mütəxəssisləri ilə Sumqayıt Kimya Sənaye Parkı layihəsində yaxından iştirak edə bilərlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın