Menu
Geri İrəli

Koreyanın «SAMSUNQ» şirkətinin nümayəndə heyəti şəhərimizdə olub

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2010 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur

“Azərikimya” İstehsalat Birliyində Koreyanın «SAMSUNQ» şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Bu günlərdə Koreyanın «SAMSUNQ Engineering Jo.Ltd» şirkətinin nümayəndələri ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində olmuşlar. Qonaqlara Birliyə daxil olan istehsal sahələrinin prioritet istiqamətləri, mövcud istehsalın həcmi və yeni layihələrlə bağlı ətraflı məlumat verilmişdir. Sənayenin müxtəlif sahələri, o cümlədən kimya və neft-kimya sənayesində böyük təcrübəyə malik “Samsunq” şirkətinin nümayəndələri “Azərikimya” İB-də etilen və poletilen qurğularının gələcək rekonstruksiyası ilə maraqlanmış və inşası nəzərdə tutulmuş yeni texnoloji qurğular üzrə öz mövcud təcrübələri haqqında təqdimat xarakterli məlumat vermişlər. Dünyanın bir sıra ölkələrində etilen, polietilen, butadien, ammonyak və s. məhsullar istehsal edən qurğuların yüksək səviyyəli inşası ilə məşğul olan “Samsunq” nümayəndələri “Azərikimya”nın gələcək inkişaf layihələrində iştirak etməkdə maraqlı olduqlarını bildirmişlər. Ümumi tanışlıq xarakteri daşıyan görüşdə “Azərikimya” İB və Koreya şirkəti arasında ikitərəfli əlaqələrin yaradılması istiqamətində fəaliyyət üçün imkanların geniş olması xüsusi vurğulanmışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın