Menu
Geri İrəli

Küli miqdarda aksiz markasız araqlar və siqaretlər aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Yanvar 2014 • Baxış sayı: 458 dəfə • Şərh yoxdur

Bakı şəhərində kecirilmiş operativ əməliyyat tədbiri nəticəsində küli miqdarda aksiz markasız araqlar və siqaretlər aşkar edilərək götürülmüşdür.

Aksiz Baş Gömrük İdarəsinin rəisi, qeneral- mayor Ehtiram Xəlilovun AzərTAca verdiyi məlumata görə, əməliyyat gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birgə həyata kecirilmişdir. Beləki, Azərbaycan vətəndaşı Mahmudov Xəyyam Məhəmməd oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 44 ünvanında icarəyə götürdüyü topdan satış mağazasından həmin mağazada ticarət fəaliyyəti ilə məşğul olan Ağayev Hamlet Həmidulla oğluna məxsus külli miqdarda aksiz markasız müxtəlif adda və həcmdə araqlar, həmçinin siqaretlər aşkar edilərək protokol əsasında götürülmüşdür.

Faktla bağlı Aksiz Baş Gömrük İdarəsində araşdırma aparılır.    Ətrabə Rzayeva

dfdsfsdsd Untitled-2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın