Menu
Geri İrəli

LAÇINLI KÖÇKÜNLƏR SUMQAYITDA HÜCUMA MƏRUZ QALDI

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2012 • Baxış sayı: 166 dəfə • Şərh yoxdur

Naməlum şəxslər Surxay və Elnur Hətəmovu döyərək sümüklərini sındırıblar

 Bazar günü axşam saatlarında Sumqayıtda iki nəfər naməlum şəxslərin hücumuna məruz qalıb. Hücum edən şəxslər Laçın rayonundan olan Elnur və Surxay Hətəmov qardaşlarını vəhşicəsinə döyüblər. Döyülmə nəticəsində onların sümükləri sınıb, bədənlərində ağır xəsarət izləri yaranıb. Baş verənlər barədə qəzetimizə döyülənlərin yaxın qohumu Nizami Hətəmov məlumat verdi.

Nizami Hətəmov qəzetimizə bildirdi ki, dünən axşam saat 10 radələrində Sumqayıt şəhərinin girəcəyində naməlum şəxslər qohumlarına hücum edib: “10-a yaxın adamın hücumu zamanı Hətəmov Elnurun boynu, Hətəmov Surxayın isə qıçı sındırılıb. Hazırda xəsarət alanlar Sumqayıtda travmatoloji xəstəxanada yatırlar. Amma burda onlara həkimlər diqqət göstəmir”.

N.Hətəmov bildirdi ki, hadisə ilı bağlı polisə məlumat veriblər, eyni zamanda özü polis rəisinin müavini ilə görşüb: “Bildirdilər ki, hadisəni tezliklə aydınlıq gətiriləcək. Ancaq hələlik bir məlumat yoxdur. Xəstəxanada uşaqların vəziyyəti ağırdır”.

Kənan, “Yeni Musavat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın