Menu
Geri İrəli

“Litvalı gənclərin Azərbaycan haqqında təssüratları” adlı layihə Litvada uğurla başa çatıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2015 • Baxış sayı: 202 dəfə • Şərh yoxdur

sekil-9877 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundunun 6-cı qrant mərhələsində Litvada təhsil alan tələbə Sürəyya Şirinova da qalib olmuşdur. Layihənin 3 aylıq icra planına uyğun olaraq 2015-ci ilin aprel ayından başlayan tədbirlər cari ilin iyul ayında yekunlaşıb. Layihənin icra planına və məqsədinə uyğun olaraq Litvalı gənclər Azərbaycan haqqında biliklərini video-çarx şəklində ifadə ediblər.

Nəticədə hazırlanmış video çarxlardan qısametrajlı film hazırlanmışdır. Layihələrin yekununda isə hazırlanmış qısametrajlı film isə litvalı gənclərlərin, Litvada təhsil alan əcnəbi tələbələr, müəllim və professor heyəti, yerli gənclər təşkilatının fəal üzvlərinin iştirakı ilə təqdimat keçirilmişdir.

Gənclər fondunun maliyyə dəstəyi ilə təşkil edilmiş tədbirlər silsiləsində Azərbaycanın inkişafına dair nümayiş etdirilmiş video çarxlar, qonaqlara təqdim olunmuşdur milli mətbəximizin ləziz yeməkləri, milli rəqslər, həmçinin, milli ornamentli hədiyyələr qonaqların ölkəmizə olan maraqlarını daha da artırmış və gələcək fəaliyyətimizdə əməkdaşlıq üçün stimul yaratmışdır.

sekil9856

Facebook Şərhləndirmə:

Şərhinizi yazın