Menu
Geri İrəli

Lütfi Zadə, Facebook və mənasız sözlər lüğəti

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 477 dəfə • Şərh yoxdur

İnsan oğlu qazananda uduzar,
Qədərinə yazılanı kim pozar?
Bu dünyanın min sifəti, rəngi var,
Qismətimiz – ağından çox, qarası!
(B.Vahabzadə)

Fevral ayının sonuna gəlmiş ikən, ay ərzində baş vermiş hadisələrin arasında bir-ikisinin maraqlı qurama şəklində ağlımda yaratdıqları bir mövzu haqqında söhbət açmaq istərdim…

***

zade

Birincisi, fevral ayının 4-ü, torpağımızın yetirdiyi dünya şöhrətli şəxslərdən Lütfi Zadə olaraq tanınan Lütfi Rəhim oğlu Ələsgərzadənin 93-cü ad gününü qeyd etməsidir. 1921-ci ildə Bakıda anadan olan Lütfi Zadə, 1965-ci ildə dünyaca məşhur və o zamana qədər analoqu olmayan qeyri-səlis məntiq nəzəriyyəsini ortaya qoyub. Allahdan başqa hər şeyin dərəcəsinin olduğunu sübut edən Lütfi Zadə dünyada qəti olaraq tam ağ və qəti olaraq tam qaranın olmadığını göstərib. Bu iki məhfum arasında minlərlə çalar dəyişikliyini ortaya çıxarıb. “Bir adamın dediyi ya doğrudur, ya yalan” deyən Aristotelin kəskinliyini yumşaldıb. “Qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti tolerantlığındadır. Bu nəzəriyyə arada qalaraq aşkardakı səhnədə görünməyən çalarların hüquqlarını tanıtdı və bərpa etdi.” (Wikipedia)

Tolerantlıq nəticəsində səhnədə görünməyənlərin hüquqların tanınıb bərpa olunma xəbəri isə fevral ayının ortalarından bizə artıq ailə üzvümüz qədər yaxın olan Facebook tərəfindən gəlib. Belə ki, məşhur sosial şəbəkə, istifadəçilərin özlərini dəqiq ifadə etmələri üçün cinsiyyət qrafasına 50-yədək variant daxil edilib. Qeyri-səlis məntiqin möhtəşəm tətbiqi ! Təbrik edirəm !

facebook-gender-roles-20140216-1

***
Bu arada, kiçik bir nüansa toxunmaq istəyirəm ki, Facebook-un tətbiq etdiyi siyahıda nə “gay” nə “lezbiyan” sözünü tapa bilməyəcəksiniz, çünki, cinsiyyət, insanın gender uyğunluğunu müəyyənləşdirir, seksual identifikasiyasını yox. Fərqli-fərqli laylardır. Bu ikisini hələ də bir-birinə qarışdıranlar üçün qısa terminoloji lüğəti təqdim edirəm.

Biolojik cinsiyyət – insanı kişi, qadın (nadir hallarda hermofrodit) olaraq sinifləndirməyə imkan verən fiziolojik xarakteristikalar toplusudur (genetik, hormonal, xarici və daxili orqanlar və s.)

Gender – müəyyən bir cəmiyyət içində kişi və ya qadn cinsinə uyğun hesab olunan psixolojik, sosial, mədəni xüsusiyyətlər toplusudur.

Gender uyğunluğu– insanın özünü müəyyən gender tipinə aid etməsi. Kişi, qadın, hər ikisi və ya heç biri. Bu arada, gender biolojik cinsiyyətdən fərqli ola bilər.

Cinsi oriyentasiya – insanın müəyyən cinsiyyətə sahib başqa insanlara qarşı kifayət qədər stabil emosional, romantik, erotik və ya seksual hissiyatına görə ayrılır; heteroseksual, homoseksual və biseksual olaraq ayrılır. Pedofiliya, zoofiliya və ya nekrofiliya kimi variantlar buna daxil deyil, çünki cinsi ayrılıq tərəfləri yoxdur. (Dəhşət!!!)

Seksual identifikatlaşma – insanın özünü müəyyən bir seksual oriyentasiyaya aid etməsi, maraqlısı odur ki, bu insanın həqqi seksual oriyentasiyadan fərqli ola bilər. (?!)

Seksual davranış – insanın seksuallığının bütün ifadə etmə diapazonunu əhatə edir: partnyorların axtarışı və cəlb etməyi, insanlarla ünsiyyət, emosional və fiziki yaxınlığın ifadə olunması, cinsi ünsiyyət və s.

Psixoloqların fikrinə görə, yuxarıda adı çəkilən komponentlər insanın gender və cinsi özünüidentifikatlaşdırmasını müəyyənləşdirir. Hər bir insanda həmin komplentiya fərqli ola bilər, hətta, həyatı ərzində bir neçə dəfə dəyişə də bilər.

Başınzı kifayət qədər qarışıbmı? Deməli növbəti,lazımsız, amma maraqlı ola biləcək kiçik araşdırmamı oxumağa hazırsınız. Beləliklə, Facebook-un təqdim etdiyi 50 gender identifikasiya variantın hər birnin anlamını öyrənin ki, “özünüzü daha dəqiq ifadə edə biləsiniz”.
***
Agender – gender asıllığını hiss etməyən və qəbul etməyən insandır. Kişi və qadın arasında rolların, hüquq və öhdəliklərin fərqliliyini inkar edən insandır. Bu necə ola bilər, şəxsən mən başa düşə bilmirəm, amma bu dünyada nələr yoxdur ki…
Androgin –“3-cü cins”, psixolojik olaraq həm kişi, həm də qadın xüsusiyyətlərini eyni zamanda daşıyan insandır. Fiziolojik olaraq hermafrodit olmaya bilər. Bunu başa düşmək üçün şəkillərə baxmaq kifayətdir.

androgin

Androginus – fiziolojik olaraq hermafrodit adlanan, eyni zamanda həm kişi həm də qadın cinsiyyət orqanına sahib olan və ya hər ikisini də daşımayan insandır. Maraqlı faktdır ki, bu cür insanları qədimdə ya ilahlaşdırıb, göydən yerə endiyinə inanırdılar, və ya onlara monstr kimi baxırdılar.

Bigender – hər iki cinsin xüsusiyyətlərini eyni anda daşımaz, amma vəziyyətdən, kefindən, havadan asılı olaraq özünü ya kişilərə ya qadınlara aid edə bilər və ona uyğun olaraq sosial rolu daşıya bilər. Bunun cinsi oriyentasiyaya heç bir aidiyyatı yoxdur.

Cisgender, cis – doğuluşundan sahib olduğu cinsiyyətə uyğun gender rolunda özünü rahat hiss edən insandır.

Cis male, cis man – Kişi olaraq doğulub, kişi genderini mənimsəyən insan.

Cis female, cis man – Qadın olaraq doğulub, qadın genderini mənimsəyən insan.

Qadından kişiyə – (Female to Male, FtM) Biolojik olaraq qadın kimi doğulub, gender olaraq özünü kişi cinsinə aid edən insandır. Kişi olmaq arzusunu hormonal terapiya və  cərrahiyə yolu ilə həyata keçirərək kişi cinsinə keçən insandır.

Axıcı gender – (Gender Fluid) Biolojik cinsindən və seksual oriyentasiyasından asılı olmayaraq hər iki cins genderinə zaman-zaman meyli olan insandır.

Gender uyğunsuzluğu – (Gender Nonconforming) Cinsiyyət və gender anlayışlarını qəbul etməyib, özünü heç bir genderə aid etməyən insan.

Bilinməyən gender – (Gender Questioning) Genderi sual altında olan insan.

Gender variant – Bir necə gender variantını qəbul edən insan.

Qəribə gender – (genderqueer) Hər hansı bir genderə aid edilməycək qədər özünü qəribə aparan insan.

Interseks – Biolojik olaraq heç biri tam olaraq inkişaf etməmiş hər iki cinsi orqanına sahib insan.

Qadından kişiyə – (Male to Female, MtF) Biolojik olaraq kişi kimi doğulub, gender olaraq özünü qadın cinsinə aid edən insandır. Qadın olmaq arzusunu hormonal terapiya və  cərrahiyə yolu ilə həyata keçirərək qadın cinsinə keçən insandır.

Heç biri – (Neither) Nə kişi nə qadın.

Neutrois – Xarici görkəmində iki cins arasındakı fərqləri aradan qaldırmağa çalışan insan.

Non-binary – İki genderli sistemi inkar edən insan.

Digər – (Other) 51-ci gender

Pangender – Bütün genderləri qəbul edib özünə şamil edən insan.

Trans – Seksual oriyentasiyasından asılı olmayaraq, sabit şəkildə cinsiyyətindən narahat olub, uyğunsuzluğu hiss edən və cinsiyyətini dəyişdirmək itəyən insan.

Trans Female – (Trans woman) Kişi bədənində doğulub ondan narahat olaraq cinsiyyətini dəyişdirmək istəyən və ya dəyişdirib qadın olan insan.

Trans Male – (Trans man) Qadın bədənində doğulub ondan narahat olaraq cinsiyyətini dəyişdirmək istəyən və ya dəyişdirib kişi olan insan.

Trans Person – (transgender, transseksual) Doğuluşundan sahib olduğu cinsiyyəti mənimsəməyib, başqa cinsə sahib olduğunu düşünən insan.

İki ruhlu – (Two-Spirit) Şimali Amerika hinduların adətində olan və hər iki genderin vəzifələrini boynuna alan insanlar.

Bunlardan əlavə mənasını və tərcüməsini tapmaqda eyni zamanda fərqlərini başa düşməkdə çətinlik çəkdiyim Transfeminine, Transmasculine, Transsexual Female, Transsexual Male, Transsexual Person v.s. kimi genderlar da mövcutdur.

Nə deyim. Facebook köməyiniz olsun. Bəyənin, seçin, mənimsəyin. Yetər ki, özünüzü komfortlu hiss edəsiz.

Rəngarəng dünya, yoxsa ağ-qara !? Seçim sizin…

Müəllif: Vahid Qasımov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın