Menu
Geri İrəli

Mədəniyyət “Rövşən” ritm qrupu Sumqayıtda çıxış edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2011 • Baxış sayı: 252 dəfə • Şərh yoxdur

Rövşən Cabbarovun rəhbərlik etdiyi “Rovşən” ritm qrupu oktyabrın 23-də H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Komediya Teatrında növbəti solo-konsertini təqdim edəcəkdir.
Bu barədə AzərTAc-a məlumat verən qrupun rəhbəri R.Cabbarov bildirmişdir ki, hazırda konsertə ciddi hazırlıq görülür. Konsertdən iki ay əvvəl artıq məşqlərə başlamışdıq. Ümid edirik ki, həmin gün tamaşaçılara maraqlı ritmli anlar bəxş edə biləcəyik. Artıq konsertə bütün biletlər satılıb qurtarmışdır.
Qrup rəhbəri vurğulamışdır ki, həmin gün bir çox sənətçilər də “Rövşən” ritm qrupuna öz ifaları ilə dəstək verəcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın