Menu
Geri İrəli

Məktəblərin qarşısında avtomobil saxlayanlar cərimələnəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2013 • Baxış sayı: 153 dəfə • Şərh yoxdur

Vaqif Əsədov sürücü valideynlərə xəbərdalıq etdi

“Tələsirdim, uşağımı məktəbə gətirmişəm, uşağım birinci sinifə gedir kimi bəhanlər 16 seniyabr bilik günündə, məktəblərin önündə maşın saxlayan valideyinləri inzibati məsuliyyətdən xilas edə bilməyəcək.” Bunu ANS PRESS-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, keçən illərdə olduğu kimi bu il də Bakı Şəhər Təhsil İdarəsi ilə Bakı Şəhər Yol Polisi İdarəsi birlikdə tədbirlər planı hazırlayıb. Plana əsasən yeni tədris ili müddətində valideyn və şagirlərin yollarada düzgün hərəkət qaydalarını mənimsəmək üçün təbliğat aparılacaq.

V. Əsədovun sözlərinə görə məktəblərin qarşısında polislər təhlükəsizliyə riayət edəcək: “Bakı şəhərində yerləşən bütün məktəblərin qarşında polislər olacaq. İcazəsiz yerlərdə maşın saxlayanlara cərimlər kəsiləcək və inzibati məsuliyyətə cəlb olunacaqlar.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın