Menu
Geri İrəli

“Mən insanam” Qarabağ həqiqətləri kinofilmlərdə-LAYİHƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2013 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

 Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Mən insanam” Qarabağ həqiqətləri kinofilmlərdə layihəsi çərçivəsində qısametrajlı sənədli filmlərə baxış və müzakirələrə start verilib. Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Mən insanam” Qarabağ həqiqətləri kinofilmlərdə layihəsinin rəhbəri və icraçısı Çinarə Hüseynova tədbiri açıq elan edərək, layihə haqqında və nümayiş etdiriləcək sənədli filmlər haqqında qısa məlumat vermiş və bildirmişdir ki hər iki sənədli filmin qəhrəmanlari Qarabağ müharibəsindən zərər çəkən məcburi köçkünlərdir. Qeyd edək ki, layihə çərçivəsində iki qısametrajlı sənədli filmin nümayişi nəzərdə tutulmuşdu. Filmlərdən biri “Musa” 10 dəqiqəlik, digəri isə “Çadır Şuşa” 14 dəqiqəlikdir. Hər iki sənədli filmin müəllifi – “Mən İnsanam” Qarabağ həqiqətləri kinofilmlərdə layihəsinin rəhbəri Çinarə Hüseynovadır. “Musa” filminin rejissoru Elcan Məmmədli, “Çadır Şuşa” filminin rejissoru isə Ayaz Salayevdir.

 Filmlərə baxıldıqdan sonra müzakirələr aparılıb. Müzakirələr zamanı iştirakçılar “Musa” filminin qəhrəmanı Füzuli rayonundan məcburi köçkün düşən, Novxanı ərazisindəki Pansionatda müvəqqəti məskunlaşan və elə məskunlaşdığı ərazidə yerləşən Şuşa məktəbinin 4-cü sinif şagirdi Musanın düşüncələrinə haqq qazandırdıqlarını bildirdilər. Musa kimi o torpaqları görməyən məcburi köçkün uşaqlarının doğma vətən həsrəti iştirakçılarda nə qədər maraq oyatsa da, Musanın böyüyüb gizli agent olmaq və gedib öz ata-baba yurdunu düşmənlərdən azad etmək istəyi filmə baxanlarda bir o qədər məmnunluq hissi yaratdı. “Çadır Şuşa” filminin qəhrəmanı Şaşadan məcburi köçkün düşən Rəfail dayı hər il may ayının 8-də Şuşanın işğal olunduğu gün öz iritutumlu avtomobilində daşıdığı çadırı quraşdıraraq öz kəndinə ehsan verməsi də filmə baxanlarda maraq oyatdı. Filmə baxanlar, münaqişə qurbanlarının düşüncələrini, doğma torpaq həsrətini və o yerlərə qayıtmaq istəklərini bütün dünyaya çar çəkmək üçün belə filmlərin silsilə şəkildə çəkilib televiziya ekranlarından göstərilməsinin daha da məqsədəuyğun olduğunu bildirdilər.
 Qeyd edək ki, növbəti həftələrdə adıçəkilən sənədli filmlərin daha bir neçə auditoriyada göstərilməsi nəzərdə tutulur.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın