Menu
Geri İrəli

Məzahir Əliyev: “Sumqayıtda mənim obyektim sökülmyib, əgər belə olsaydı, öz haqqımı müdafiə edərdim”

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2013 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur

Qəzetimizin 19 fevral sayında dərc olunmuş “Sahibkarlar Eldar Əzizova qarşı birləşdi” başlıqlı məqalə Sumqayıt şəhər DYP-nin sabiq rəisi Məzahir Əliyevin etirazıyla qarşılanıb. Məzahir Əliyev ötən gün redaksiyamızda oldu və etirazını bildirən müraciətini qəzetimizə təqdim etdi.

O, müraciətində bildirib ki, məqalədə qeyd olunduğu kimi, şəhərin baş memarı Kamil Məmmədov onun “Göyərçin” abidəsinin yanındakı çayxanasını sökdürməyib və ondan 100 min manat tələb edilməyib: “Mən adımın hallanmasını böyük təəssüf hissiylə oxudum. Bir daha məlumunuz olsun ki, mən hüquqşünasam, DİN sistemində uzun illər işləmişəm, yüksək çinli zabit olmuşam. Bunları ona görə xatırlatdım ki, özümə qarşı hər hansı qanunsuz hərəkət edilirsə, bunun həlli yollarını bilirəm. Ya fiziki, ya da hüquqi şəxs olsun, məsələni hüquq müstəvisində həll etməyin qaydalarına bələdəm. Lakin təəssüfləndiyim odur ki, çox hörmətlə yanaşdığım KİV vasitələrinin şahı olan qəzet heç bir əsası olmayan, yoxlanılmamış, həqiqətdən tamamilə uzaq faktları çap edib. Ən azı məqalənin müəllifi şayiələri bir tərəfə qoyub mənimlə əlaqə saxlamalı və mövqeyimi öyrənməliydi. Kiminsə şəxsi iddiaları əsasında yazılmış məqalə KİV-in və qəzetinizin mənafeyinə xələl gətirir, həm də ömrünü cinayətkarlıqla mübarizəyə sərf etmiş, şərəf və ləyaqətlə ömür sürmüş bir zabit kimi mənim şəxsiyyətimə xələl gətirir. Bir daha təkrar edirəm, belə bir hadisə olmayıb. Əgər olsaydı, mənim heç kimdən çəkinəcəyim yoxdur. Bunun hüquq müstəvisində həllini tapardım. Mən düşünürəm ki, belə nöqsanların aradan qaldırılması və gələcəkdə baş verməməsi üçün ən ciddi tədbirlər görüləcək. Bu məsələdə hüquqşünasla jurnalistin məhkəmədə üzləşməsi yaxşı hal deyil”.

Natiq CAVADLI, bizimyolinfo.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın