Menu
Geri İrəli

Mahir Şükürov: “Sumqayıt” komandası ilə görüşdən belə nəticə gözləmirdim

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2013 • Baxış sayı: 201 dəfə • Şərh yoxdur

“Sumqayıt”la görüşdən belə nəticə gözləmirdim. Qalib gəlsəydik, turnir cədvəlində ilk pilləyə yüksələcəkdik.
AzərTAc xəbər verir ki, bu sözləri futbol üzrə Topaz Premyer Liqasının yeddinci turu çərçivəsində “Sumqayıt” komandası ilə qarşılaşan “Neftçi” kollektivinin oyunçusu Mahir Şükürov deyib.
Futbolçu bildirmişdir ki, bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq, sadəcə bəxtimiz gətirmədi. Futbolda belə şeylər olur. Bu oyunla yanaşı, digər qarşılaşmalar da onu göstərir ki, Premyer Liqada hər matça sonuncu oyun kimi çıxmaq lazımdır. Çalışacağıq ki, növbəti görüşlərdə qalib gəlib, turnir cədvəlində ilk pilləyə yüksələk.
“Bakcell Arena”da keçirilmiş “Neftçi”–“Sumqayıt” oyununda hesab açılmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın