Menu
Geri İrəli

Marşrut avtobusu “KamAZ”la toqquşub, xeyli sayda yaralı var

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2012 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur

Bakıda ağır yol qəzası baş verib. ŞahidlərinAPA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 08.30 radələrində Binəqədi şossesi, “Söyüdlər” adlanan ərazidə qeydə alınıb.

142 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu yük ilə dolu “KamAZ”la toqquşub. Nəticədə avtobusda olan 10-a yaxın sərnişin xəsarət alıb. Yaralananlar arasında azyaşlı uşaqlar da var.

Şahidlərin dediyinə görə, qəza marşrut avtobusunun sürücüsünün günahı ucbatından baş verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın