Menu
Geri İrəli

Masazır yolunda sürət həddi azaldıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2013 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur
Share Button

Masazır qəsəbəsinin mərkəzi yolu olan Əliağa Vahid küçəsində sürət həddi azaldılıb. Milli.Az xəbər verir ki, qəsəbənin girişində və çıxışında sürət həddini 50 km/saat müəyyən edən yol nişanı quraşdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən day.az saytına bildiriblər ki, yol nişanları yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı ilə quraşdırılıb. Yolu keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə bu addım atılıb.

Qeyd edək ki, əvvəllər həmin ərazidə sürət həddi 60 km/saat idi.

Xatırladaq ki, hər gün Sumqayıt şəhərindən və Novxanı bağlarından paytaxt istiqamətində hərəkət edən minlərlə vətəndaş bu yoldan istifadə edir.  milli.az
231199

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın