Menu
Geri İrəli

Mavi Xəzərin sahilindəki möcüzə – Sumqayıt Bulvarı FOTOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2017 • Baxış sayı: 1,710 dəfə • Şərh yoxdur

Regionun ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt artıq perspektivli turizm şəhəri adına da iddialıdır. Şəhərin mavi Xəzərin sahilində yerləşməsi, yeni dənizkənarı bulvarın salınması, infrastrukturun tam yenilənməsi bu hədəfin tezliklə reallaşacağından xəbər verir.

Vaxtilə baxımsızlıq ucbatından yararsız halda olan Sumqayıt Bulvarı bu gün gözəlliyi, sərin və təmiz havası, əyləncə mərkəzləri, yaşıllığı ilə isti yay günlərində sakinlərin ən sevimli istirahət məkanına çevrilib. Sahəsi 106 hektar, uzunluğu isə 4,2 kilometr olan yeni bulvar qısa zamanda həm yerli sakinlərin, həm də şəhərin çoxsaylı qonaqlarının qəlbini, sözün əsil mənasında, fəth edib.

Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının iyulun 3-də İspaniyanın paytaxtı Madriddə “İnternational Award for Excellence & Lidership” mükafatına layiq görülməsi də xüsusi qeyd olunmalıdır.

Sumqayıt bulvarı ərazisinin böyüklüyü ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması ilə də fərqlənir və buna görə onu dünyanın bir çox məşhur turizm şəhərlərinə bənzədirlər.

Burada sakinlərin istirahətini daha maraqlı etmək məqsədi ilə fayton gəzintiləri təşkil olunur. Kiçikölçülü avtobuslar, elektromobillər və velosipedlərdə sahilboyu xüsusi hərəkət zolağı ilə gəzintiyə çıxmaq, Xəzərin seyrinə dalmaq, şəhərin sayrışan işıqlarını seyr etmək insanın ruhunu dincəldir… Bu günlərdə Xəzərin Sumqayıt akvatoriyasında katerlərlə gəzinti də təşkil ediləcək.

Bulvardakı əyləncələr bununla bitmir. Kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, uşaqlar üçün əyləncə mərkəzləri və ən əsası, qaranlıq düşər-düşməz sayrışan rəngbərəng işıqlar bu istirahət məkanını şəhər sakinləri və qonaqlar üçün daha cəlbedici məkana çevirir.

AZƏRTAC Sumqayıt Bulvarından fotoreportajı təqdim edir.

w_1614991658491223426850_1000x669 w_1614991658491351819580_1000x669 w_1614991658491525832055_1000x669 w_16149916584916569443_1000x669 w_1614991658491798811881_1000x669 w_1614991658491827415511_1000x669 w_1614991658492032447986_1000x669 w_161499165849209765060_1000x669 w_1614991658492523516301_1000x669 w_1614991658492598816729_1000x669 w_161499165849263946855_1000x669 w_1614991658492734053410_1000x669 w_1614991658492886526147_1000x669 w_1614991658492917415291_1000x669 w_1614991658492933922943_1000x669 w_161499165849310840455_1000x669 w_1614991658493123320943_1000x669 w_1614991658493462662342_1000x669 w_1614991658493538260583_1000x669 w_1614991658493621062633_1000x669 w_1614991658494431227505_1000x669 w_1614991658494468547325_1000x669 w_1614991658494758414459_1000x669 w_161499165849487875357_1000x669 w_1614991658494973547759_1000x669 w_1614991658495002222271_1000x669 w_1614991658495017542315_1000x669 w_161499165849544726794_1000x669 w_1614991658495514913484_1000x669 w_1614991658495645713821_1000x669 w_1614991658495737733252_1000x669 w_1614991658495905547326_1000x669 w_1614991658496148939012_1000x669 w_1614991658496349820111_1000x669 w_1614991658496405823038_1000x669 w_1614991658496436627642_1000x669 w_161499165849826742902_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın