Menu
Geri İrəli

Mayın 6-da Sumqayıtda yollar bağlanacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2015 • Baxış sayı: 826 dəfə • Şərh yoxdur

velo-sumqayit“TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.

May ayının 6-da saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Bibiheybət – Salyan şosesi (M2) – Sahil qəsəbəsi – Dairəvi yol Qızıldaş – Müşfiq postu – Bakı-Şamaxı yolu(M4) – Sulutəpə – Ekologiya postu – Bakı-Quba şosesi (M1) – Masazır – Novxanı (Akvapark) – Corat qəsəbəsi (dənizqırağı yol) – Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

May ayının 7-də saat 09.00-dan 15.30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində
nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Ayın 8-də saat 09.00-dan 15.00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, 9-da saat 09.00-dan 13.30-dək Qəbələ-Ağdaş-Xaldan dairəsi-Yevlax-Bakı-Qazax yolu-Mingəçevir yolu-Mingəçevir şəhəri-Mingəçevir-Xaldan dairəsi-Mingəçevir şəhəri “Kür” avarçəkmə bazasınədək hərəkət müvəqqəti olaraq məhdudlaşdırlacaq.

May ayının 10-da isə səhər saat 10.00-dan 15.00-dək Bakı şəhərində Azadlıq meydanı – Rəşid Behbudov – Zərifə Əliyeva – Neftçilər prospekti – İstiqlaliyyət – Sona Vəliyeva – Lermontov – Teymur Elçin – Mehdi Hüseyn – Parlament prospekti – Hüseyn Cavid prospekti – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun – Şəmsi Bədəlbəyli – Bülbül prospekti – Üzeyir Hacıbəyov – Rixard Zorge – Neftçilər prospekti – Azadlıq Meydanı – Kiçik Qala küçəsi – Qoşa Qala qapısı marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq,

Göstərilən vaxtlarda alternativ yollardan istifadə olunmasını xahiş edilir. ans press

Facebook Şərhləndirmə:

Şərhinizi yazın