Menu
Geri İrəli

Mehdi Hüseynzadə adına Sumqayıt stadionu təbii ot örtüklü olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2013 • Baxış sayı: 415 dəfə • Şərh yoxdur

sportinfo.az  saytının redaktoru, sumqayıtlı futbol jurnalisti Anar Xanlarov bu barədə sumqayitxeber.com saytına açıqlamasında bildirib

“Sumqayıt stadionunun ehtiyat meydançalarından ikincinin də süni ediləcəyinə dair ucaltdığımız etiraz səsinə səs verən hər kəsə təşəkkür. Həqiqətən də həmişə nəyəsə etiraz edib haqqını tələb edəndə ona nail olursan. Bugün Azerkimyada “Sumqayıt” klubunun prezidenti Kamran Quliyevlə görüşdük 2 saata yaxın söhbətimiz oldu hər şeyi ətraflı izah elədi və məni əmin etdi ki narahatlığıa əsas yoxdur və Mehdi Hüseynzadə adına əsas stadion 100% təbii ot örtüklü olacaq və buna heç bir şübhə ola bilməz. Bundan əlavə daha bir ehtiyat meydança da tikiləcək və onun da örtüyü təbii olacaq. Yəni layihədə dəyişiklik edib hazırda tikilən ikinci meydançaya snüi örtük döşənsə də onun əvəzinə yaxınlıqda təbii örtüklü üçüncü bir meydança da tikiləcək. “

Qeyd edək ki, bəzi xəbər saytları staduonun süni ot örtüyü ilə əvəzlənəcəyi ilə bağlı xəbər vermişdilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın