Menu
Geri İrəli

Məhəbbət Kazımov dünyasını dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Yanvar 2014 • Baxış sayı: 1,164 dəfə • 1 şərh

Müğənni Məhəbbət Kazımov dünyasını dəyişib.Bu gün səhər saatlarında onun rəhmətə getməsi xəbəri yayılıb. Xatırladaq ki, müğənni bir müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Məhəbbət_KazımovƏsl adı Möhübbət Allahverdi oğlu Kazımov  1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.

1976-cı ildən professional səhnədə çıxış edir. “Dan Ulduzu” ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də “Laçınım” mahnısıdır. 14 sentyabr 2012-cin ildə Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adına layiq görülmüşdür.
Məhəbbət kazımov hal-hazırda “Laçın” instirumental ansambılının rəhbəridir.

 

Facebook Şərhləndirmə:

“Məhəbbət Kazımov dünyasını dəyişdi” yazısına bir cavab

  1. Zamin Şahmuradovhh deyir:

    Allah rəhmət eləsin! Qebiri nurla dolsun! Mehebbet muellimin itkisi doğrudan da menim ucun cox ağır oldu. 

Şərhinizi yazın