Menu
Geri İrəli

Meral Konrat Sumqayıtda – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2016 • Baxış sayı: 3,049 dəfə • 6 şərh

Türkiyənin tanınmış sənətçisi, “Təhminə və Zaur” filmində yaratdığı “Təhminə” obrazı ilə tanınan Meral Konrat və rejissor Öner Kılıç, aktyor Emre Kızılırmak, digərlər sənətçilər, jurnalistlər şəhərimizdə qonaq olub.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və “Bilik” Tədris Mərkəzinin birgə təşkil etdiyi səfər çərçivəsində xanım sənətçi və yaradıcı heyət yeni tikilən mədəniyyət müəssisələri ilə yaxından tanış olub, şəhərimizdə son bir ildə aparılan abadlıq, tikinti və quruculuq işləri haqqında məlumatlandırılıb.

Heydər Əliyev Mərkəzi və “Poeziya Evi”ndə olan qonaqlar görülən işlərdən heyrətlərini gizlətməyib, kiçik bir şəhərin sakinləri üçün belə bir şəraitin yaradılmasını alqışlayıblar.

Qonaqlar həmçinin Sumqayıt Dövlət Dram Teatrında olublar. Teatrda yaradılmış şəraitlə yaxından tanış olan sənətkarlar səhnədə tamaşaçılar qarşısında çıxış ediblər.

“Belə bir teatr səhnəsində məmuniyyətlə çıxış etmək istərdik”deyən sənətkarlar bu səfərin mədəni əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyini dilə gətiriblər. Tanınmış aktrisa Meral Konrat çıxış edərək, Sumqayıtda ilk dəfə olduqunu və gördüyü mənzərələrin onda xoş təəssürat yaratdığını bildirib.

Sumqayıt tamaşaçılarına xoş arzularını çatdıran sənətkarlar sonda xatirə şəkli çəkdiriblər.

Daha sonra Türkiyəli sənətkarlar yeni salınan şəhər bulvarı ilə tanış olublar. Bulvarda gəzintinin onlarda xoş əhval-ruhiyyə yaratdıını bildirən qonaqlar görüşün təşkilinə və mehriban qonaqpərvərliyə görə təşilatçılara öz təşəkkürünü bildirib.

Sumqayıt mədəniyyət işçiləri adından qonaqlara öz xoş arzularını çatdıran Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov dəvəti qəbul edib gəldiklrinə görə sənətkarlara öz təşəkkürünü bildirib, belə tədbirdlərin davamlı olacağını vurğulayıb.

Sonda Türkiyəli sənətçi Sumqayıtın yerli televiziya kanalı və informasiya vasitələrinə müsahibə verib.

dsc_0020-2 dsc_0025-2 dsc_0026 dsc_0032-1 dsc_0034-1 dsc_0038 dsc_0049-1 dsc_0061 dsc_0075 dsc_0078 dsc_0079-1 dsc_0081 dsc_0084-1 dsc_0088 dsc_0093 dsc_0109 dsc_0110-1 dsc_0112-1 dsc_0114 dsc_0124 dsc_0142 dsc_0152 dsc_0158 dsc_0164 dsc_0166 dsc_0167-1 dsc_0173 dsc_0185-1 dsc_0191 dsc_0199 dsc_0205 dsc_0219 dsc_0223 dsc_0226

Facebook Şərhləndirmə:

“Meral Konrat Sumqayıtda – FOTOLAR” yazısına 6 cavab

  1. Metanet deyir:

    Bize xeber elemersiniz(((
    Çox beyendiyim aktyor. Inanmagim gelmirrr.
    Kas men de orda olub bir selfi cekdireridm

  2. Jale deyir:

    Bulvarda men de gordum, utandim yaxinlasib sekil cekdirmeye.

  3. Naila deyir:

    Biz burdan bura ne teatra gedirik ne bulvara gedirik. Camaat Turkiyeden Sumqayıta gelir gezir. utandım vallah)
    Axır ki, BAŞÇI sarıdan bəxtimiz gətirdi)

  4. Xeyal Quliyev deyir:

    Esl reklam budur.
    Ela alınıb. Məncə tanınmış şəxsləri gətirib göstərmək lazıdmır Sumqayıtı.

  5. Gulnar deyir:

    Eyvaz müəllim tanınmış təlimçilər də gətirsəniz yaxşı olar gənclər üçün. Əvvəllər yaxşı təlimlər təşkil edirdiniz, Cem beyi getirmisdiniz bir defe xatırlayıram. Gənclərlə də görüşünü təşkil etsəydiniz yaxşı olardı Meral xanımın. yəqin vaxtı az olub.

  6. Aslan deyir:

    Zakir müəllim Sumqayıtı çox inkişaf etdirdi. Əvvəllər adam öz qonağını şəhərə çıxartmağa utanırdı. İndi xaricdən qonaqları gətirirlər şəhərimizə. Allah işini avand etsin!

Şərhinizi yazın