Menu
Geri İrəli

Mərkəzi uşaq kitabxanasında Xalq şairi S.Rüstəmin 110 illik yubileyi münasibətilə “Xoşbəxt nəsillərçin yaxşı ki, varam” adlı şeir müsabiqəsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur

12834860_1575195576103922_1519667058_n

Bu gün Mərkəzi uşaq kitabxanasında Xalq şairi S.Rüstəmin 110 illik yubileyi münasibətilə “Xoşbəxt nəsillərçin yaxşı ki, varam” adlı şeir müsabiqəsi keçirilib.  Tədbirin aparıcısı multimedia mütəxəssisi Leyla Məmmədli  Azərbaycanın Əməkdar İncəsənət xadimi, xalq şairi S.Rüstəmin həyatı və yaradıcılığı haqqında məlumat verib.

Daha sonra qiraət müsabiqəsi açıq elan edilib. Müsabiqədə 15 oxucunun təqdim olunan çıxışı münsiflər heyətinin üzvləri – AYB Sumqayıt bölməsinin məsləhətçisi, şairə Gülnarə Cəmaləddin, 12 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi İradə Quliyeva, S.Vurğun adına Mərkəzi Kitabxananın baş metodisti Natəvan Axundzadə tərəfindən qiymətləndirilib.

Qiraət müsabiqəsində ən yüksək balla 5 saylı məktəbin 7A sinif şagirdi Fidan Axundzadə “Qarabağ mahnısı” şeiri ilə birinci yerə, 12 saylı məktəbin  7A sinif şagirdi Şamxal Hüseynzadə “Vətən eşqi” şeiri ilə ikinci yerə, 18 saylı məktəbin 7B sinif şagirdi Ramazan Əsgərxanov “Mübarizə elan edirəm” şeiri ilə üçüncü yerə layiq görülüblər. Fərqlənən iştirakçılara fəxri fərman və hədiyyələr təqdim olunub.

Natəvan Axundzadə qiraət müsabiqəsinə yekun vuraraq qalibləri təbrik edib, tədbirin yüksək səviyyədə təşkili üçün Mərkəzləşdirilmiş Kitabxana Sistemi adından hər iki kitabxana əməkdaşlarına və maddi dəstəyə görə Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Kоmitəsinə minnətdarlığını bildirib.

Sonda çıxış edən Mərkəzi uşaq kitabxanasının müdiri Nailə Tağıyeva tədbirin hazırlanıb ərsəyə gəlməsində yaxından köməyi olan 5, 18, 38 saylı məktəblərin kitabxanaçılarına öz dərin təşəkkürünü bildirib, digər yer tutmayan şagirdlərə yeni-yeni uğurlar arzulayaraq  ruhdan düşməmələrini tövsiyə edib.

Xatırladaq ki, qiraət müsabiqəsində şəhərin 1,5, 12, 18, 38 saylı məktəblərin şagirdləri iştirak ediblər.

 

12071752_1575195416103938_1712251169_n 12804439_1575189452771201_1798882793_n 12804601_1575193589437454_596563066_n

 

Sumqayıt şəhər

Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın