Menu
Geri İrəli

Mətanət Məhərrəmova: “Könüllü sayına görə Qızıl Aypara Cəmiyyəti Sumqayıt bölməsi birincidir”

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2015 • Baxış sayı: 1,110 dəfə • Şərh yoxdur

Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin rəhbəri Mətanət Məhərrəmova “Sumqayitxeber.com”a müsahibə verib. Müsahibəni təqdim edirik:

11141778_875523902491354_42242376706871776_n

Mətanət xanım, istərdik ilk öncə oxucularımıza  Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin fəaliyyət istiqamətləri ilə bağlı məlumat verəsiniz.

Biz Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi olaraq əlil uşaqların sosial inteqrasiyası, “Mərhəmətli olmağa tələsin!” layihələri, maarifləndirici seminar və təlimlər həyata keçiririk. Bununla yanaşı  fövqəladə hallara hazırlıq üzrə “Mobil dəstə”nin fəaliyyəti, humanitar yardımlar, qanvermə aksiyaları da fəaliyyət istiqamətlərimizə daxildir.

Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətlərindən biri də fövqəladə hallara zamanı hadisə yerində olmaq və zərərçəkmiş insanlara yardım etməkdir. Yaxın keçmişdə Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində güclü yanğın oldu. Qızıl Aypara Cəmiyyəti olaraq hadisəyə necə reaksiya verdiniz?

Yəqin ki,   iki il öncə baş vermiş hadisə -Karvan ticarət mərkəzində olan yanğınla bağlı sual verirsiniz.

11265017_440408056139329_6871821892556321204_nBəli, bu hadisəni nəzərdə tuturuq

Bizim- Qızıl Aypara Cəmiyyətinin  Fövqəladə Hallara Hazırlıq üzrə Mobil dəstəsi Sumqayıt Regional Fövqəladə hallar və Mülki Müdafiə  şöbəsinin il ərzində Sumqayıt şəhərində keçirdiyi bütün təlim məşqlərində iştirak edir. Mobil dəstənin funksiyası çadırların qurulması, şərti hadisə yerindən FHN-in əməkdaşlarının hadisə yerindən uzaqlaşdırdığı yaralılara ilk yardımın göstərilməsi və xərəklərlə təcili tibbi yardım maşınlarına çatdırılmasıdır. Hələ ki, bizə elə bir səlahiyyət verilməyib ki, baş verən hadisəyə birbaşa müdaxilə edə bilək. 

Mətanət xanım, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin büdcəsi hansı mənbələr hesabına formalaşır? 

11222707_891392757571135_6670065157047808539_nQAC-ın Sumqayıt şəhər bölməsinin maliyyə mənbələri illik üzvlük haqları və ianələrdən toplanan vəsaitlər hesabına formalaşır. Bundan əlavə müəyyən bayramlarda müraciət etdiyimiz təşkilatlardan alınan ərzaq yardımlarını da göstərmək olar .

Sumqayıt şəhərində fəaliyyət göstərən iş adamları cəmiyyətinizə dəstək olurmu?

“AzəriKimya” İstehsalat Birliyi ilə dörd ildir ki, əməkdaşlığımız mövcuddur. Birgə bir çox humanitar layihələrə imza atmışıq. Belə ki, Ramazan bayramında iftar sufrələrinin açılması, Novruz, Qurban bayramında, Ahıllar Günü və digər rəsmi günlərdə keçirdiyimiz humanitar aksiyalar bunlara misal ola bilər. Adının hallanmasını istəməyən bir neçə xeyirxah insanlar tərəfindən tez-tez qurban ətləri və ərzaq bağlamaları qeydiyyatımızda olan ahıl insanlara paylanılır.

Təşkilatınızın fəaliyyətində könüllülərin rolu danılmazdır. Sumqayıt gənclərinin könüllülük fəaliyyətini necə dəyərləndirərdiniz?

11917683_448828291963972_7595845829550576435_nMən qürurla deyə bilərəm ki, gənclərlə işləyən təşkilatlar arasında könüllü sayına görə QAC ən ön sıralarda olan cəmiyyətdir. Gördüyümüz işləri sosial şəbəkələrdə və KİV-də işıqlandırırıq və Sumqayıt şəhərində bir çox gənclər könüllü fəaliyyətə başlamaq üçün bizə müraciət edirlər. Könüllülər Cəmiyyətimizin sütunudur desəm, yanılmaram. Az öncə sadaladığım bütün tədbirlərin, aksiyaların keçirilməsində könüllülərin xidməti əvəzsizdir.

Bəs bu xidmətin qarşılığında könüllülər nə əldə edir?

2 Fevral-Gənclər günü münasibətilə tərəfimizdən keçirilən tədbirə, əməkdaşlıq etdiyimiz idarə, müəssisələrin və demək olar ki, bütün Gənclər Təşkilatlarının numayəndələri dəvət olunur. Əyləncə xarakterli bu tədbirdə müxtəlif viktorinalar təşkil olunur. İl ərzində daha aktiv könüllülərimiz fəxri fərman, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılır. 12 avqust-Ümumdunya Gənclər günü və 5 dekabr Könüllülər Günü münasibətilə bu tipli tədbirlər keçirilir. Gənclər və İdman Baş idarəsinin təşkil etdiyi yay düşərgələrində cəmiyyətimizn aktiv könüllüləri də iştirak edir. Və ən əsası odur ki, Aypara Cəmiyyəti gənclər üçün bir həyat tranplinidir. Burada onlar cəmiyyətə faydalı vətəndaş olaraq yetişdirilir.

 Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin yaxın gələcəkdəki planları barədə nə deyə bilərdiniz?

11822614_442624042584397_2844269006384277204_nBu yaxınlarda  Ankarada keçirilən Fövqəladə Fəlakətlərə hazırlıq və cavabvermə üzrə üç günlük seminarda Respublika Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyətinin tərkibində mən də iştirak edirdim. Ankara şöbəsi ilə söhbət əsnasında belə qərara gəldik ki, bizim bölmə ilə onların arasında qardaşlıq müqaviləsi imzalansın və birgə iş birliyi yaradılsın. Belə bir fikir Avstriya Qızıl Xaç Komitəsi ilə də düşünülür. Oktyabr ayında Fövqəladə Hallar Nazirliyinin Respublika səviyyəsində keçiriləcək təlim-məşq toplantısı nəzərdə tutulub. İnanırıq ki, mobil dəstəmiz orda da bizi-Cəmiyyətimizi layiqincə təmsil edəcək. Həmçinin təbliğat xarakterli tədbirlərin keçirilməsi, daha çox üzvlərin-könüllülərin cəlb olunması yaxın planlarımıza daxildir. Qarşıdan gələn Qurban bayramı və Ahıllar Gününə hazırlıqlarımız artıq başlayıb. Əlbəttə ki, maddi durumumuz imkan versə daha çox layihələr həyata keçirəbilərik.

 Mətbuatla hər hansı bir formada əməkdaşlıq edirsinizmi? Fikrinzicə media fəaliyyətinizə hansı formada dəstək ola bilər?

metanet3Mən Sumqayıt mediası ilə əməkdaşlığa üstünlük verən şəxslərdənəm. Onlarda ən çox bəyəndiyim keyfiyyət odur ki, onlar bizdən materialı göndərməyimizi gözləmir, özləri sosial şəbəkələrdəki paylaşımlarımızdan nümunələr götürərək xəbər hazırlayaraq paylaşırlar. Başqa sözlə, onlar özləri də bir növ bizim aksiyaların iştirakçısına cevrilmiş olurlar. Sizin saytla da əməkdaşlığım uzun illərdir ki, davam edir.

Fürsətdən istifadə edərək saytınıza uzun ömürlülük, geniş oxucu auditoriyası və bol-bol uğurlar arzulayıram. Mən özüm sizin saytınızı hər gün izləyirəm, Sumqayıtla bağlı ən son və obyektiv xəbərləri xüsusilə sizin saytınızdan əldə edirəm. Operativliyinizə heyranam . Bir daha uğurlar! Canınız sağ, Qələminiz iti, söz anbarınız dolu, xəbərləriniz bol olsun!

Söhbətləşdi: Sevinc Salehqızı

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın