Menu
Geri İrəli

Mikayıl Cabbarov işdən çıxarılan xadimə ilə bağlı araşdırmaya başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2015 • Baxış sayı: 460 dəfə • Şərh yoxdur

150479_45462Rüstəmovanın övladı istədiyi liseyə qəbul olunacaq.

Son bir neçə gündə Abşeron rayonu Çaylı kənd sakini Arzu Rüstəmovanın şikayəti ilə əlaqədar təhsil nazirinin göstərişinə əsasən nazirliyin əməkdaşları Abşeron Rayon Təhsil Şöbəsində olub. Şöbə müdirinin, Çaylı kənd məktəbi direktorunun və A.Rüstəmovanın iştirakı ilə görüş keçirilib.

Bu barədə Oxu.Az-ın Çaylı kənd sakini Arzu Rüstəmova kəndin məktəb direktoru İlahə Murquzova arasında yaranmış münaqişə ilə bağlı ünvanlandığı sorğuya cavab olaraq, Azərbaycanın Təhsil Nazirliyinin İnformasiya şöbəsindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, keçirilən görüşdə A.Rüstəmovanın işdən çıxarılması səbəbləri və onun öz xahişinə görə övladının liseyə qəbuluna köməklik göstərilməsi məsələləri müzakirə olunub:

“A.Rüstəmovaya övladının arzu etdiyi liseyə qəbuluna yardım olunacağı bildirilib. Görüşdə A.Rüstəmovanın tutduğu vəzifədən azad olunması ətrafında söhbət aparılıb və onun şikayətinə birtərəfli mövqeden yanaşılmaması üçün müəyyən araşdırmaların aparılacağı qeyd olunub”.

Nazirlikdən onu da əlavə ediblər ki, araşdırılma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat veriləcək.

Qeyd edək ki, Abşeron Rayon Çaylı kənd sakini Arzu Rüstəmova kəndin məktəb direktoru İlahə Murquzovadan şikayətçidir.

Qadın deyir ki, məktəbdə yarımştat -53 manat- maaşla xadimə işləyirmiş. Maaşını bir ştat etməsi üçün Təhsil Nazirliyinə müraciət edib. Nazirlik ərizəni baxılması üçün direktora göndərib. Amma nəinki maaşı artıb, əksinə işdən çıxarılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın