Menu
Geri İrəli

Mikayıl Cabbarov “yeni il qadağası”nı ləğv etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2013 • Baxış sayı: 242 dəfə • Şərh yoxdur
Share Button

Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində yeni il şənliklərinin keçirilməsinə icazə verib. 

Bu barədə AzVision.az-ın sorğusuna Təhsil Nazirliyinin cavabında bildirilib.

Nazirlikdən rəsmi olaraq qeyd edilib ki, orta məktəb rəhbərliyi iş planına uyğun olaraq, hazırlanmış ssenari əsasında yeni illə bağlı ümumməktəb tədbirləri keçirə bilər.

Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov dönəminsə isə orta məktəblərdə yeni il şənliklərinin keçirilməsi qadağan edilmişdi. Buna səbəb isə şənliklər zamanı xoşagəlməz hadisələrin olmasını bildirilirdi.
mikayil-cabbarov-t

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın