Menu
Geri İrəli

Milinko Pantiç: ”Sumqayıt” rahat udulası komanda deyil”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2013 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

“Bakı”nın baş məşqçisi Milinko Pantiç “Sumqayıt”la oyunöncəsi fikirlərini bölüşüb. Təcrübəli çalışdırıcı klubun rəsmi saytına açıqlamasında belə danışıb: “Artıq ardıcıl iki oyundu xal itiririk. Belədə növbəti görüşdə mütləq qələbə qazanmalıyıq. Komandada heç bir problem yoxdu. Premyer Liqadakı hər bir matç bizim üçün final oyunu kimi qəbul olunur. ”Sumqayıt” rahat udulası komanda deyil. Gənc futbolçulardan qurulmuş rəqibə hörmətlə yanaşırıq. Ancaq qarşılaşmadan 3 xalla ayrılmaq əsas hədəfimizdi”. ə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın