Menu
Geri İrəli

Millət vəkili bankların birləşməsindən danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2016 • Baxış sayı: 472 dəfə • Şərh yoxdur
Share Button

Tahir4

Banklar ölkədə iqtisadiyyatın kreditləşməsində, sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm rol oynamalıdır.

Bu sözləri Axar.az-a millət vəkili Tahir Mirkişili bankların birləşəcəyindən danışarkən deyib.

Onun sözlərinə görə, bunun üçün bankların kifayət qədər resursları olmalı və çevik fəaliyyət göstərməlidirlər:

“Banklar birləşərək öz resurslarını artırmaqla daha effektiv fəaliyyət göstərə bilərlər. Digər tərəfdən, xarici banklarla rəqabət aparmaq üçün bu çox vacibdir. Fikrimcə, hazırda buna ehtiyac var”.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 5-7 bankın birləşmə ilə bağlı müraciət etdiklərini açıqlayıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın