Menu
Geri İrəli

Millət vəkili: “Hər bir regionda sənaye məhəllələrinə böyük ehtiyac var”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2016 • Baxış sayı: 653 dəfə • Şərh yoxdur

tahir mirkisiliİqtisadçıların fikrincə, onların yaradılmasının üç əsas hədəfi var
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

 Sərəncamda  qeyd olunur ki, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Masallı rayonunda Masallı Sənaye Məhəlləsi yaradılsın.
Həmçinin müəyyən edilir ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır; Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.
Nazirlər Kabinetinə Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bəs görəsən belə sənaye məhəllələrinin yaradılmasının hansı müsbət tərəfləri var? Layihənin reallaşacağı təqdirdə hansı irəliləyişlər əldə olunacaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili “Kaspi” qəzetinə verdiyi açıqlamada bildirub ki, sənaye məhəllələri kiçik və orta sahibkarlığa dəstək məqsədilə yaradılıb: “Qeyd edim ki, ilk dəfə belə bir sənaye məhəlləsi Neftçalada yaradılıb. Kiçik və orta sahibkarlığın inkişafına dəstək çərçivəsində yaradılan belə sənaye məhəllələri əslində regionlarda sənaye sahələrinin mərkəzləşməsini, daha səmərəli fəaliyyət göstərmələrini, yeni müəssisələrin yaradılmasını və müəssisələrarası istehsal kooperasiyasını təşviq edir. Əslində hər bir regionda belə sənaye məhəllələrinə böyük ehtiyac var. Bütün infrastrukturu dövlət vəsaiti hesabına yaradılan belə məhəllələr həm də sahibkarların istehsala başlaması üçün ilkin çətinliklərini həll etmiş olur”.
Millət vəkilinin sözlərinə görə, sənaye məhəllələri sonradan ixtisaslaşacaq: “İndi əsas məsələ həm də bu məhəllələrin ixtisaslaşması olacaq. Yəqin ki, zaman keçdikcə belə sənaye məhəllələri arasında ixtisaslaşma və texnoloji inteqrasiya daha da dərinləşəcək”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın