Menu
Geri İrəli

Millət vəkili Muxtar Babayevin seçicilərlə növbəti görüşü keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2014 • Baxış sayı: 519 dəfə • 1 şərh

DSC_9659 Milli Məclisin deputatı Muxtar Babayevin seçicilərlə növbəti görüşü keçirildi

 Sumqayıt 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat se­çilmiş Muxtar Babayevin şəhərin 17-ci mikrorayonu ərazisində yaşayan seçicilərlə növbəti görüşü keçirilmişdir.

Görüş zamanı Muxtar Babayev şəhərdə aparılan abadlıq-quruculuq işlərindən, bir sıra nümunəvi məhəllə və mikrorayonların yaradılmasından, bir çox binaların dam örtük­lərinin yenidən qurulması və fasadlarının üzlənməsindən, yeni yaşıllıq zolaqlarının salın­masından və insanların sosial-rifah halının yaxşılaşdırılması istiqmətində həyata keçirilən tədbirlərdən danışmışdır.

Millət vəkili seçicilərin çoxsaylı suallarını cavablan­dıraraq, onların qaldırdığı problem­lərin həlli yolları ilə bağlı fikirlərini bildirmiş, bu məsələlərin müvafiq aidiyyatı orqanlar qarşısın­da qaldıracağına və müsbət həll olunması üçün möv­cud imkanlardan istifadə edəcəyinə söz vermişdir.

Muxtar Babayevlə görüşdən məmnun qalan sakinlər onlara göstərilən qayğıya və Sumqayıt şəhərini həmişə diqqət mərkəzində saxladığına görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıq­larını ifadə etmişlər.

Görüşdən sonra Milli Məclisin deputatı Muxtar Babayev mikrorayon sakinləri birgə əvvəlcədən müəyyən edilmiş ərazidə ağacəkmə kampaniyasında iştirak etmiş, 100 ədədə yaxın müxtəlif növ ağac və bəzək kolları əkmişlər.

DSC_9663

Facebook Şərhləndirmə:

“Millət vəkili Muxtar Babayevin seçicilərlə növbəti görüşü keçirildi” yazısına bir cavab

  1. Rafiq Oday deyir:

    Arzu edərdik ki, bütün millət vəkilləri öz seçicilərinə qarşı belə diqqətli və sayğılı olsunlar.

Şərhinizi yazın