Menu
Geri İrəli

Millət vəkili Sumqayıt “ASAN xidmət” mərkəzində könüllü oldu – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2016 • Baxış sayı: 650 dəfə • Şərh yoxdur
sumqayitxeber.com xəbər verir ki, Sumqayıt regional “ASAN xidmət” mərkəzi 2 fevral Gənclər günündə “Könüllü məşhurlar” layihəsi çərçivəsində növbəti qonağını qəbul etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin  V çağırış deputatı Tahir Mirkişili Sumqayıt “ASAN xidmət” mərkəzinin qonağı olub.
Tahir Mirkişili cari və məzun könüllülərlə çay süfrəsi arxasında görüşmüş, öz həyat təcrübəsindən,əldə etdiyi uğurlardan, könüllülk fəaliyyətinin əhəmiyyətindən danışıb, verilən sualları cavablandırıb. Daha sonra millət vəkili könüllülük fəaliyyətinə başlayıb, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində xidmət göstərərək vətəndaşlardan sorğu götürüb. “Yaşıl ASAN” layihəsinə dəstəyini ifadə edib.
Bütün fəaliyyətlərini nəzərə alaraq Tahir Famil oğlu Mirkişili 02 fevral 2016-cı il tarixində Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Könüllü məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün 1-ci dərəcəli ŞƏHADƏTNAMƏ ilə təltif olunub.

Millət vəkili bildirib ki, könüllülük həyatı daha çox sevməkdir. “Həlli başqasından gözləmək deyil, fərdi gücünü həll tapmaq üçün istifadə etməkdir. Könüllülük xoşbəxtlikdir, şüurdur, məsuliyyətdir, dinclikdir. Könüllülük başqasını xoşbəxt etmənin ən böyük xoşbəxtlik olduğunu fərq etməkdir. Könüllülük etibarı, dürüstlüyü, paylaşmağı öyrətməkdir. Mən də bir bir neçə saatlığa könüllü oldum! ASAN xidmət mərkəzinə bu şəraiti yaratdıqlarına görə minnətdaram!”

tahir4 tahir5 tahir33 tahir44 tahir66 tahir666 tahit3333

Facebook Şərhləndirmə:

Şərhinizi yazın