Menu
Geri İrəli

Millət vəkili Sumqayıtda qan verdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyun 2016 • Baxış sayı: 784 dəfə • Şərh yoxdur

“Azərikimya”nın əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

34f91ee0-d358-4d63-98ce-976063e1bb65

İyunun 16-da respublika Səhiyyə Nazirliyininin 2016-cı ilin tədbirlər planına uyğun olaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasında 14 iyun – Ümumdünya  Qan Donorları gününə həsr olunmuş qanvermə aksiyası keçirilib.

Talassemiya, hemofiliya və digər ehtiyac duyulan xəstələr üçün nəzərdə tutulmuş bu dəfəki xeyriyyə aksiyasında şəhər təhsil və səhiyyə şöbələri ilə bərabər, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və  Birliyin əməkdaşları da iştirak ediblər.

Qanvermə aksiyasın­dan əvvəl hər bir könüllü donorun sağlamlığı  şəhər Təcili Tibbi Yardım xəstəxanasının tibb personalı tərəfindən laborator şəraitdə yerin­dəcə yoxlanılmış, yalnız bundan sonra qan götürülüb.

Soydaşlarımıza yardım məqsədi daşıyan və minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada kimyaçılar yüksək fəallıqla iştirak etmiş və 70 nəfərə yaxın əməkdaş qan verib.

Müvəffəqiyyətlə keçən aksiyadan sonra əldə olunmuş qan Mərkəzi Qan Bankina təhvil verilib.

6c9e9df2-1f24-478f-af94-6d5105272c67

14bb4d3f-8941-483a-86c5-0355cdb0ae78
295ddcb3-3049-448d-a58a-311988cb40e5 64334dde-9d0e-41b2-a339-e7ab9e2933f2 c9ea7826-5480-4b03-9960-80b137a21876 ffa4525c-3553-46c0-89f5-62eca753f759

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın