Menu
Geri İrəli

Millət vəkili Sumqayıtda qarın yaratdığı fəsadlardan danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2014 • Baxış sayı: 1,526 dəfə • 4 şərh

muxtar babayev Son günlər ölkə ərazisində qarlı və şaxtalı hava şəraitinin daha çox Sumqayıt şəhərində müşahidə olunması  və bunun nəticəsində yaranmış problemlər mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

 Qarlı və şaxtalı havanın Sumqayıt şəhərində yaratdığı problemlər və bu istiqamətdə görülən işlərlə bağlı millət vəkili Muxtar Babayev  sumqayitxeber.com-a öz fikrini bildirib. Millət vəkili bildirib ki, son günlər Sumqayıt şəhərində yağan güclü qar müəyyən problemlər yaradıb və bu problemlərin aradan qaldırılması üçün Sumqayıt şəhər İcra hakimiyyəti və aidiyyəti dövlət qurumları səylərini səfərbər ediblər: “Şəhərə yağan qarın yaratdığı fəsadların aradan qaldırılması üçün hazırda da işlər görülməkdədir. Bu bir  təbiət hadisəsidir. Hesab edirəm ki, qarın yaratdığı problemi aradan qaldıraq üçün aidiyyəti dövlət qurumları ilə yanaşı şəhər sakinləri, şəhərdə fəaliyyət göstərən müəssisələr də könüllü olaraq belə vəziyyətlərdə səylərini birləşdirməldir. Bütün dünyada bu praktika var. İnsanlar könüllü şəkildə öz məhəllələrini, müəssisələrinin qarşısını təmizləyir. Kimyaçılar da ilk gündən bu işdə dövlət qurumlarına yardımçı olmağa çalışıb. Bu şəhər hamımızındır və hər birimiz bu cür təbii hadisələr baş verəndə problemləri vaxtında aradan qaldırmaq üçün səfərbər olmağa çalışmalıyıq”.

 Millət vəkili Müxtar Babayev qarlı hava şəraiti ilə əlaqədar şəhərdə elektrik verilişində yaranmış problemlərə də toxunub: “Son illər ölkəmizdə enerji təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm işlər görülür. Ancaq son günlər, xüsusilə də qarlı hava şəraitinin ilk günlərində şəhərdə elektrik enerjisinin verilişində müəyyən fasilələr yarandı. Bununla bağlı seçicilərdən də bizə şikayətlər daxil olub.  Görünür, Sumqayıt şəhərində enerji təchizatının yaxşılaşdırılması istiqamətində zəruri işlər görülməlidir ki, gələcəkdə bu cür hallara rast gəlinməsin”

www.sumqayitxeber.com

Facebook Şərhləndirmə:

“Millət vəkili Sumqayıtda qarın yaratdığı fəsadlardan danışdı” yazısına 4 cavab

  1. TUTU deyir:

    HEC DE SEFERBER OLUNMAYIBLAR MIKRARAYON TEREFE HEC GELENDE YOXDU HEC KIMDE QARI TEMIZLEMIR YOLLAR GUZGU KIMIDIR USAGI PIYADA MEKTEBE APARMAQ UCUN 15 DEQIQELIK YOLU 40 DEQIQEYE GEDIREM HANSI DOVRDE YASAYIRIQ SURUSE SURUSE GEDIR HAMI ALLAHA YALVARIRAMKI YIXILMAYIM

  2. mustafa deyir:

    Mende sizinle raziyam ozleri oturublar isti otaqlarda o kreslo var ee o daimi deyil ..! esas odu ki adam olasan ,olende ne aparasiz…?!

  3. Gulnar deyir:

    Axır ki, bir millət vəkilimiz danışdı. Məncə Sumqayıtda ən çox olan elə Muxtar müəllimdir. Problemlərimizi də gözəl bilir, həlli yollarını da… 

  4. Elnur Aliyev deyir:

    Təşəkkürlər işıq problemini qabartdığınız üçün. Yaşıl dərə ərazisində də bu problem indi də var. Kökündən həll olunsa yaxşı olardı.
     

Şərhinizi yazın