Menu
Geri İrəli

Millət vəkilindən Sumqayıt abituriyentlərinə ÇAĞIRIŞ

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2016 • Baxış sayı: 2,163 dəfə • Şərh yoxdur
Share Button

tahir mirkishiliMillət vəkili Tahir Mirkişili Sumqayıt şəhərindən olan abituriyentlərə ixtisas seçimi ilə bağlı çağırış edib.

sumqayitxeber.com millət vəkilinin abituriyyentlərə tövsiyyəsini təqdim edir:

“Qəbul imtahanları başa çatmaq üzrədir. Lazımi bal toplamış abituriyentlər ixtisas seçimi edəcəklər. Çox vacib bir mərhələdə mən Sumqayıt şəhərindən olan abituriyentlərə çağırış etmək istəyirəm:

- Sumqayıt abituriyentləri həmişə yüksək təhsil göstəriciləri ilə ölkədə öndə olublar

- Sumqayıt yaxın illərdə ölkəmizin ən strateji inkişaf sahəsinə çevriləcək qeyri-neft sənayesinin paytaxtı olmağa namizəddir

- Dövlət və özəl sektor Sumqayıtda yeni-yeni sənaye zavodlarının tikilməsi üçün milyardlarla investisiya qoymaqdadır

- Bu layihələr Sumqayıtda gənclər üçün minlərlə yeni, yüksək ixtisaslı iş yerləri yaradacaqdır.

Bütün bunlar Sumqayıtda MÜHƏNDİS, TEXNOLOQ, KİMYAÇI, RİYAZİYYATÇI, FİZİK, İKT MÜHƏNDİSİ, LAYİHƏ İDARƏEDİCİ kimi peşələrə ciddi tələbat yaradacaqdır.

Daha yaxşı, daha perspektivli işlə təmin olunmaq, ölkə iqtisadiyyatının inkişafı üçün əlavə dəyər yaratmaq və müasir dünyanın texnoloji kadrı olmaq üçün bütün Sumqayıtlı abituriyetləri yuxarıdakı ixtisasları SEÇMƏYƏ ÇAĞIRIRAM!

Düzgün seçim uğurun yarısıdır! Hər bir seçim hörmətə layiqdir.”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın