Menu
Geri İrəli

Millət vəkilləri mədəniyyət işçiləri ilə görüşdü – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2016 • Baxış sayı: 789 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhər Gənclər mərkəzində şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Milli Məclisin deputatları Muxtar Babayev və Tahir Mirkişilinin Sumqayıt şəhər mədəniyyət işçiləri ilə görüşü keçirilib.

Görüşdə deputatlar dünyada baş verən ictimai-siyasi hadisələr, ölkənin sosial-iqtisadi durumu, qeyri neft sektorunun inkişafı, siyasi sabitlik və mədəniyyət siyasəti ilə bağlı fikirlərini bildiriblər. Millət vəkilləri ölkənin siyasi-iqtisadi inkişafı və mədəniyyət sahəsində uğurların qazanılması yolunda  mədəniyyət işçilərinin üzərinə düşən vəzifələrə toxunub.

Görüşdə Sumqayıtda mədəniyyət sahəsini əhatə edən problemlərdən də geniş söhbət açılıb və həlli yolları müzakirə edilib. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edərək son üç ayda mədəniyyət müəssisələrində keçirilən tədbirlər haqında qısa məlumat verib və deputatları mədəniyyət işçiləri ilə sıx əməkdaşlığa çağırıb.

Tədbirin sonunda deputatlar mədəniyyət işçiləri və KİV nümayəndələrinin suallarını cavablandırıb, təkliflərini dinləyiblər.

Foto: Xəqani ƏzizovDSC_00gfgg58

DSC_0058DSC_0ere58zakir ferecov DSC_0g058 DSC_005ggg8 DSC_0015
DSC_0080 IMG_8361 meden medenie2 tiamokids444

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın