Menu
Geri İrəli

Millət vəkilləri Sumqayıt cüdoçuları ilə görüşdü – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2016 • Baxış sayı: 553 dəfə • Şərh yoxdur

Milli Məclisin Sumqayıtdan seçilmiş deputatları Muxtar Babayev və Tahir Mirkişilinin təşəbbüsü ilə «Azərikimya» İB-nin akt zalında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovla Sumqayıtda cüdo ilə məşğul olan idmançılar, məşqçilər və klub rəhbərlərinin görüşü keçirilib.

İdmançılarla birgə ictimaiyyət və KİV nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev açıb, iştirakçılara tədbirin məqsəd və qayəsi haqqında məlumat verib.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov 2015-ci ilin sentyabr ayında keçirilən konfransdan otən müddət ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, bu gün qarşımızda duran ən vacib məsələlərdən biri bir neçə aydan sonra Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaq və yarışlarda yüksək səviyyədə təmsil olunmaqla, yeni uğurlara imza atmaqdır.

Bölgələrdə, o cümlədən Sumqayıtda cüdonun inkişafına yeni həyat vermək məqsədi ilə Federasiyada xüsusi proqram hazırlandığını vurğulayan Sadıq Sadıqov yeni rəhbərliyin ciddi nəzarəti və idmanın bu növünün inkişafına yaxından dəstəyi nəticəsində mövcud problemlərin qısa müddət ərzində aradan qaldırılacağını dilə gətirib.

Maraqlı diskussiya şəraitində keçən tədbirdə Sadıq Sadıqov, Muxtar Babayev və Tahir Mirkişili idmançıların və KİV nümayəndələrinin bir sıra sualları cavablandırılıb.

Sonda şəhərin idman ictimaiyyyətinin nümayəndələri maraqlı görüş üçün tədbirin təşəbbüskarlarına minnətdarlıqlarını ifadə ediblər.











Facebook Şərhləndirmə:

Şərhinizi yazın