Menu
Geri İrəli

Millət vəkilləri Sumqayıt idmançıları ilə görüşdü – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2016 • Baxış sayı: 1,047 dəfə • Şərh yoxdur

Artıq bir neçə gündür ki, Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə Milli Məclisin deputatlarının və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunur.

sumqayitxeber.com xəbər verir ki,  həyata keçirilən silsilə görüşlər çərçivəsində növbəti tədbir təşkil olunub.  Sumqayıt şəhər idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təşkil edilmiş görüş Gənclər Evində baş tutub.  Görüşdə millət vəkilləri Muxtar Babayev, Tahir Mirkişili, paralimpiaçı cüdoçumuz İlham Zəkiyev və şəhərin tanınmış idmançıları iştirak edib.

Millət vəkilləri çıxışlarında son aylarda neftin qiymətinin aşağı düşməsi fonunda dünya iqtisadiyyatında baş verən proseslərə toxunub. Baş verən hadisələrin ölkə iqtisadiyyatına təsir etdiyini vurğulayan millət vəkilləri qeyd edib ki, hökumət yaranmış vəziyyətə çevik reaksiya verib, böhranın təsirini azaltmaq üçün geniş proqramın hazırlanmasına başlanılıb. Qeyd olunub ki, prezident İlham Əliyevin təşəbbüsü ilə atılan addımlar sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasına, mövcud problemlərin həllinə yönəlib.

Görüşdə idmançıları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb, idmançıların sualları cavablandırılıb.

sumqayitxeber.com

Fotolar: Xəqani Əzizova məxsusdur

DSC_0004 DSC_0006 DSC_0008 DSC_0010 DSC_0013 (1) DSC_0015 DSC_0025 DSC_0026 DSC_0029 DSC_0033 DSC_0038 (1) DSC_0039 DSC_0041 DSC_0053

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın