Menu
Geri İrəli

Millət vəkilləri Sumqayıtda ağac əkdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2016 • Baxış sayı: 586 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhər 42 saylı ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Tahir Mirkişili və 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Muxtar Babayev 42-ci məhəllədə yaşayan seçicilərlə görüş keçiriblər. Deputatlar öncə məhəllədə görülən abadlıq işləri ilə, qurulan uşaq meydançası ilə, yeni quraşdırılmış söhbətgahlar və oturacaqlar ilə tanış olublar. Daha sonra millət vəkilləri ağacəkmə kampaniyasında iştirak edərək ağac əkiblər.
Xeyir-Şər evində səmimi və xoş münasibət şəraitində keçən görüşdə millət vəkilləri son aylarda şəhərimizdə aparılan abadlıq və quruculuq işləri haqqında məlumat veriblər.
Sakinlər Sumqayıt şəhərinə göstərdiyi xüsusi diqqət və qayğıya, eyni zamanda şəhər sakinlərinin rifah halının yaxşılaşdırması istiqamətində atılan addımlara görə şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Görüş zamanı seçicilər millət vəkillərinə yaşadıqları ərazidə mövcud olan bir sıra problemlər haqqında məlumat verib və bu məsələlələrin həllində onlardan dəstək olmağı xahiş ediblər.
Milli Məclisin deputatları Tahir Mirkişili və Muxtar Babayev sakinlərin qaldırdıqları məsələlərlə başlı fikirlərini bildiriblər, bu məsələlərin müvafiq aidiyyatı orqanlar qarşısında qaldıracağına və müsbət həll olunması üçün mövcud imkanlardan maksimum səviyyədə istifadə edəcəklərini vurğulayıblar.

1457773540_dsc_0083 1457774587_12801292_1072345926122006_2051601632577729808_n 1457774588_12832435_1072345089455423_6441284167966073562_n 1457774610_10433090_1072345316122067_5110258835221274863_n 1457774646_11204866_1072345746122024_3735096808387447946_n 1457774666_12718134_1072346059455326_5028366660864236038_n 1457774667_11182000_1072345799455352_3506653917131943017_n 1457774667_12832461_1072346116121987_3668218371956138377_n 1457774673_1918078_1072346072788658_5061057395679964288_n 1457774674_779_1072345626122036_6009999182669480011_n 1457774674_10363369_1072345619455370_8407157826247463235_n

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın