Menu
Geri İrəli

Millət vəkilləri Sumqayıtda gənc müəllimlərlə görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2016 • Baxış sayı: 518 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili və Mirzəcan Xəlilovla Sumqayıtın Tarixi Muzeyinin akt zalında respublika təhsil sistemində özünəməxsus yeri və rolu olan Sumqayıt şəhərinin təhsil ocaqlarında çalışan gənc müəllimlərin görüşü keçirilmişdir. Müəllimlərlə birgə şəhər ictimaiyyəti və KİV nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Teymur Səmədov açmış, iştirakçılara tədbirin məqsəd və mahiyyəti haqqında məlumat vermişdir. Görüşdə vurğulanmışdır ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Təhsillə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, yeni məktəblərin tikintisi, təmiri və bərpası, müasir avadanlıqla təchiz edilməsi, xüsusilə regionlarda hər il onlarla yeni məktəblərin tikilib şagirdlərin istifadəsinə verilməsi Azərbaycanın gələcək inkişafının etibarlı əllərdə olması üçün atılan addımlardandır.  Gənc müəllimlərlə keçirilən görüşdə son dövrlər dünya iqtisadiyyatında baş verən hadisələrin ölkəmizdən də yan keçmədiyi, bununla belə dövlət başçısının yaranmış vəziyyətə çevik reaksiya verdiyi, böhranın təsirini minimuma endirmək üçün geniş proqram hazırlandığı, son bir ay ərzində qəbul olunmuş qərar və qanun layihələrinin ölkəmizdə iqtisadi və sosial həyatın normal axarı üçün çox böyük addımlar olduğu vurğulanmışdır.  Sonda şəhərin təhsil sisteminin gənc nümayəndələri maraqlı və Sumqayıt üçün mühüm əhəmiyyət kəsb edən görüş üçün tədbirin təşəbbüskarlarına dərin minnətdar-lıqlarını ifadə etmişlər.







Facebook Şərhləndirmə:

Şərhinizi yazın