Menu
Geri İrəli

Millət vəkilləri, xalq artistləri, şairlər Sumqayıta SƏRGİDƏ – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyun 2016 • Baxış sayı: 1,237 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər Mədəniyyət və Turizm idarəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar rəssamı Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib.
“Torpaq və insan” adlı fərdi sərgidə rəssamın 47 ədəd rəsm əsəri, 21 ədəd qəzet materialı və 11 ədəd keçirilmiş sərgilərin afişaları nümayiş olunub.
Sərgini giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov açaraq yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Tahir Mirkişili, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Teymur Səmədov, Xalq şairi Sabir Rüstəmxanlı, xalq artistləri Rasim Balayev, Fəxrəddin Manafov, əməkdar artist Elza Seyidcahan, əməkdar rəssam Vaqif Nəzirli və digərləri çıxış edərək Əşrəf Heybətov haqqında xatirələrini və ürək sözlərini bölüşüb, xoş arzularını çatdırıblar.
Tədbirdə Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbinin skripka sinfinin şagirdlərinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri dinlənilib.
Qeyd edək ki, əməkdar rəssam Əşrəf Heybətov YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Hal-hazırda Almaniyada yaşayan rəssam “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir. Onun əsərlərixarici ölkələrin şəxsi kolleksiya və qalareyalarınd a saxlanılır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

Fotolar: Xəqani Əzizov

DSC_0001 DSC_0033 DSC_0040

DSC_0065 DSC_0042 DSC_0046 DSC_0048DSC_0067 DSC_0054
DSC_0062

DSC_0072 DSC_0078 DSC_0079 DSC_0082 DSC_0083 DSC_0087 DSC_0090 DSC_0091 DSC_0093 DSC_0099 DSC_0104 DSC_0106 DSC_0108 DSC_0109 DSC_0110 DSC_0112 DSC_0118 DSC_0121
DSC_0131 DSC_0132 DSC_0133 DSC_0135 DSC_0149 DSC_0150 DSC_0151

 

DSC_0129

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın