Menu
Geri İrəli

Millət vəkillərinin təşəbbüsü ilə Sumqayıtda görüş keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2016 • Baxış sayı: 532 dəfə • Şərh yoxdur

Milli Məclisin üzvlərinin təşəbbüsü ilə Sumqayıtda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovla görüş keçirilib.

Sumqayıtdan Milli Məclisin deputatı seçilmiş Muxtar Babayev və Tahir Mirkişilinin təşəbbüsü ilə «Azərikimya» İB-nin akt zalında Sumqayıtda futbolla məşğul olan komandaların üzvlərinin, idman məktəblərinin nümayəndələrinin, həmçinin futbol məşqçiləri və klub rəhbərləri ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovla görüş keçirilmişdir.
Futbol ictimaiyyəti ilə birgə KİV nümayəndələrinin, Şimal Regional Futbol Federasiyasının, “Sumqayıt” peşəkar futbol klubunun və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyinin də iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev açmış, iştirakçılara tədbirin məqsəd və qayəsi haqqında məlumat vermişdir.
AFFA-nın baş katibi Elxan Məmmədov son illərdə Azərbaycan futbolunun inkişafı ilə bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmış, bölgələrdə, o cümlədən Sumqayıtda futbolun inkişafına yeni həyat vermək, kütləviliyini artırmaq məqsədi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən xüsusi proqram hazırlanaraq həyata keçirildiyini vurğulamışdır.
Maraqlı diskussiya şəraitində keçən görüşdə Elxan Məmmədov idmançıların və KİV nümayəndələrinin şəhərinin futbol infrastrukturlarının mövcud vəziyyəti, illərdən bəri fəaliyyətsiz qalan idman zallarının təmir edilərək futbolçuların ixtiyarına verilməsi, Təhsil, həmçinin Gənclər və İdman Nazirliklərinin nəzdində, ŞRFF-nin və şəhərin futbol klublarında fəaliyyət göstərən mütəxəssislər üçün C və B kateqoriyaları üzrə məşqçi kurslarının Sumqayıt şəhərində keçirilməsi, “Sumqayıt” FK-nın bazasında Şimal regionu üzrə səyyar tədris mərkəzinin yaradılması, ixtisaslaşmış internat tipli məktəblərin nəzdində futbol siniflərinin açılması, özəl klublar, UGİM-lər və dövlət tərəfindən maliyyələşən idman məktəblərinin yeni avadanlıqlarla təminatı, məhəllə futboluna dəstək və s. məsələlərlə bağlı sualları cavablandırılmışdır.
Sonda şəhərin futbol ictimaiyyyətinin nümayəndələri maraqlı və Sumqayıt üçün mühüm əhəmiyyət kəsb edən görüş üçün tədbirin təşəbbüskarlarına dərin minnətdar-lıqlarını ifadə etmişlər.

12651255_1051977884825477_1053869484863315364_n

12654635_1051980051491927_1742002100692786539_n

942798_1051978891492043_5857018593205585835_n

12642614_1051978621492070_3248526468022247626_n 12644722_1051979384825327_8916604552367809257_n 12645011_1051978784825387_3224894875856769348_n 12647019_1051978151492117_9117098977344185949_n 12647511_1051978744825391_8825349262665965726_n



12661862_1051978454825420_8485357027999660023_n 12688107_1051978371492095_1435371309400798320_n

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın