Menu
Geri İrəli

“Milli musiqi günü” Sumqayıtda qeyd olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2012 • Baxış sayı: 214 dəfə • Şərh yoxdur

Sentyabrın 18-də Q.Qarayev adına Uşaq musiqi məktəbində “Milli musiqi günü” və dahi Üzeyir Hacıbəyovun anadan olmasının 127 illiyinə həsr olunmuş təntənəli musiqili gecə keçirilib.

Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Konsertdə Ü.Hacıbəyovun və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilib. Konsertdə valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın