Menu
Geri İrəli

Milli Qurtuluş günü munasibətilə Etilen-polietilen zavodunda geniş mitinq keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 15 İyun 2012 • Baxış sayı: 204 dəfə • Şərh yoxdur

Azərbay­canın dahi oğlu, Ulu öndər Heydər Əliyevin 19 il əvvəl Vətənimizin çox ağır bir dövründə onun harayına çataraq, böyük bir xilaskar kimi Bakıya gəldiyi tarixi gün – Milli Qurtuluş günü münasibətilə «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavo­dun­un inzibati binanın qarşısında kimyaçıların iştirakı ilə geniş mitinq keçi­rilmişdir.  1000-ə yaxın adamın iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.

Ulu öndərin və ölkə rəhbərinin portretləri, Azərbaycanın üçrəngli bayraqları, ölkə­mizin müstəqilliyinin və azadlığının əbədi olduğunu ifadə edən şüarlarla Etilen-polietilen zavodunun qarşısındakı geniş meydançaya toplaşmışlar.  Tədbirdə çıxış edənlər Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik, idarəçilik təcrü­bəsi sayəsində 1993-cü ilin iyun günlərində özünün böyük xilaskarlıq missiyasını yerinə yetirərək, Azər­bay­canı böyük faciələrdən və ağır fəlakətdən – imperiya qüvvələrinin qurbanı olmaq­dan, müstəqilliyini itirmək təhlükəsindən xilas etməsindən söhbət açmışlar.

Qeyd olunmuşdur ki, Ulu öndər 90-cı illərdə ölkə­mizi ağır iqtisadi böhrandan qurta­raraq, tənəzzül etməkdə olan iqtisadiyyatının yeni­dən dirçəldilməsi, inkişaf etdirilməsi üçün mühüm, kompleks tədbirlərin həyata keçiril­məsinə,  ölkəmizin neft yataqlarının, xüsusilə Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının perspek­tiv istismarı ilə bağlı məsələnin ən səmərəli həlli yolunun tapılmasına nail olmuşdu. Ulu öndər çox düzgün olaraq bunun ən optimal variantını bu mühüm və qlobal məsələyə dünyanın neft çıxarılması sahəsində qabaqcıl texnologiyaya və geniş təcrübəyə malik neft şirkətlərinin cəlb edilməsində, «Əsrin müqaviləsi» adlanan beynəlxalq  neft  kon­traktının imzalan­masında görürdü.

Natiqlər bunu bir daha diqqətə çatdırmışlar ki, bu gün məhz Ulu öndərin müdrik iqti­sadi siyasəti, uzaqgörən neft strategiyası sayəsində Azərbaycanın neft gəlirləri ölkə­mizin müxtəlif sahələrinin, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafında son dərəcə mühüm rol oynayır.

Çıxış edənlər unudulmaz, dahi rəhbərə minnətdarlıq hissi ilə bildirmişlər ki, məhz onun ölkənin neft-kimyasına diqqət və qayğısının nəticəsi olaraq hələ ötən əsrin 80-ci illərində respublikanın neft-kimya kompleksi o dövrün ən müasir və qabaqcıl texnolo­giyaları əsasında yaradılmış «EP-300» və «Polimir-120» və unikal enerji kompleksi olan Buxar-gene­rator qurğularına sahib olmuşdu ki, bu gün məhz həmin qurğuların sayə­sində ölkənin kim­ya sənayesi dünya bazarında tələbatın yüksək olduğu kimyəvi məhsullar istehsal edir.

Tədbirdə dahi rəhbərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin Ulu öndərin ənənələrini uğurla davam etdirərək, Sumqayıtda neft-kimya sənayesinin inkişafı, onun müasir tələblər səviyyəsində yenidən qurulması üçün mühüm tədbirlər həyata keçi­rməsindən minnətdarlıqla danışılmışdır. Qeyd olunmuşdur ki, 2010-cu ilin aprelində «Azərikimya»nın Dövlət Neft Şirkətinin tərkibinə verilməsi Sumqayıtın neft-kimya kom­p­lek­sinin inkişafında mühüm bir mərhələnin, dönüş mərhələsinin başlanğıcı olmuşdur. Ölkə Prezidenti tərəfindən müvafiq Sərəncamın verilməsindən sonra Dövlət Neft Şirkəti­nin dəstəyi ilə «Azərikimya»da yeniləşməyə, müasirləşməyə, yeni texnika və texnologi­yaların tətbiqinə geniş imkanlar açılmışdır.

Ölkə Prezidentinin hər bir azərbaycanlının sağlamlığına göstərdiyi diqqət və qayğı­nın davamı olaraq kimyaçılarımıza yüksək səhiyyə xidməti göstərmək imkanlarına malik, müasir standartlara uyğun avadanlıqlarla təchiz edilmiş «Kimyaçı» poliklinikası və Təcili tibbi yardım Mərkəzinin istifadəyə verilməsi də sosial sahədə atılan mühüm addımlar­dandır. Gənc kimyaçı kadrların hazırlanması məqsədilə müxtəlif ixtisas və peşələr üzrə xüsusi kursların fəaliyyət göstərəcəyi yeni Təlim-tədris Mərkəzinin yaradılması da kimya­nın sabahına, onun gələcək inkişafına olan diqqət və qayğının təzahürüdür.

Ölkə Prezidentinin müvafiq sərəncamları ilə respublikamızda və regionda ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıtda Azot gübrəsi (karbamid) zavodu­nun yaxın zamanlarda başlanacaq inşası və onlarla kiçik və özəl sənaye müəssisəsinin yerləşəcəyi Sumqayıt kimya sənaye parkının yaradılması ilə minlərlə sumqayıtlının işlə təmin olunmasına nail olunacaqdır ki, bu da daha bir sosial problemin – işsizliyin azal­dılmasında mühüm rol oynayacaq.

Mitinqdə qeyd olunduğu kimi, bütün bunlara görə kimyaçılar ilk növbədə 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Azərbaycana yeni həyat bəxş etmiş, onun möhkəm və sarsılmaz iqtisadi-siyasi təməlini qoymuş Ulu öndər Heydər Əliyevə minnət­dardırlar.

Tədbirin sonunda mitinq iştirakçılarının bəyanatı səsləndirilmişdir.

 

***

 Qurtuluş günü münasibətilə mitinq iştirakçılarının qəbul etdiyi BƏYANATın mətnini də sizlərə təqdim edirik:

 

Biz – Sumqayıt kimyaçıları, Ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə yenidən Vətənin xilaskarı olaraq ölkə rəhbərliyinə qayıdışından sonra müasir Azərbaycanın qurucusu kimi onun dövlətçilik təməllərinin möhkəm­lən­dirilməsində, beynəlxalq aləmdə siyasi nüfuzunun artırılmasında misilsiz xidmətlərini minnətdarlıqla yad edərək, dahi rəhbərin ideallarına daim sadiq olduğumuzu bildiririk.

Ulu öndərin layiqli davamçısı kimi Azərbaycanın daha yüksək tərəqqisi naminə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının son illərdə həyata keçirdiyi geniş miqyaslı qlobal tədbirlər sayəsində ölkəmiz daha da inkişaf edərək, sivil bir dövlətə çevrilməkdədir.

Biz – Sumqayıt kimyaçıları, həmişə olduğu kimi, Ulu öndərin dövlətçilik və azər­bay­cançılıq ideyalarına sədaqətimizi ifadə edərək, Vətənimizin müs­təqilliyinin, azadlı­ğının qorunması, ölkəmizin yüksək tərəqqisi, regionda və bütün dünyada nüfuzunun artırılması sahəsində Prezident İlham Əli­yevin çoxşaxəli fəaliyyətini, sülhsevər daxili və xarici siyasətini yüksək dəyər­lən­dirir,  ürəkdən bəyənir və dəstəkləyirik.

Xalqımız əmindir ki, Ali Baş Komandan kimi Azərbaycanın işğal altında qalmış torpaqlarının düşməndən tezliklə azad edilməsi isti­qamətində ölkə rəhbərliyi tərəfindən keçirilən mühüm tədbirlər tezliklə öz müsbət nəticəsini verə­cəkdir. Kimyaçılarımızın hər biri Ali Baş Komandanın eti­barlı və səda­qət­li əsgəri kimi bu ali məqsədin reallaşması yolunda daim ölkə Preziden­tinə, döv­lətimizə möhkəm arxa-dayaq olmağı özünün şərəf işi, əsl vətən­daş­lıq borcu hesab edir.

Biz – Sumqayıt kimyaçıları, ölkəmizin dünyanın ən güclü, yüksək inkişaf etmiş ölkə­lərindən birinə çevrilməsi, xalqımızın müqəddəs istək-amallarının reallaşması istiqamə­tində ölkə başçısının gərgin və yorulmaz fəaliyyətinin Azərbaycana yeni nailiyyətlər, qələbələr qazandıracağına inanır və bu yolda xalqımıza böyük uğurlar arzulayırıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın