Menu
Geri İrəli

Milyarderlər ən çox bu universitetlərdən çıxır…

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 1 Noyabr 2014 • Baxış sayı: 574 dəfə • Şərh yoxdur

Görəsən, milyarder olmaq üçün yüksək savad daha vacibdir, yoxsa tacirlik qabiliyyəti?

Statistikaya əsasən dollar milyarderlərının 2/3 hissəsi universitet məzunudur. Bu da o deməkdir ki, hətta ali təhsilin geniş yayıldığı ölkələrdə belə universitet məzunu olan milyarderlərin xüsusi çəkisi qalan məzunlara nisbətən kifayət qədər yüksəkdir.

Britaniyada hər 5 milyarderdən 4-nün ali təhsili var.

Super-zənginlərin savad dərəcəsi barədə məlumat İsveç bank qrupu ilə Sinqapurda mənzillənən maliyyə araşdırmaları şirkətinin hazırladıqları “Wealth-X and UBS Billionaire Census” adlı illik hesabatından götürülüb.

2300 milyarderin tərcümeyi-halı ali təhsilli insanların var-dövlət toplamaqda daha şanslı olduğunu aşkar edib.

70211_src

Avropada milyarderlərin 40 faizi başda Moskva və London olmaqla cəmi 10 şəhərdə yaşayır

 

Hesabata əsasən, “sıravi milyarder” böyük ehtimalla universitet məzunudur. Hər 4 milyarderdən biri universitetdən sonra elmi dərəcə almaq üçün təhsilini davam etdirib. Hər 10 milyarderdən birinin doktor elmi dərəcəsi var.

 

Yeni araşdırma milyarderlərin dünyanın qabaqcıl universitetlərində təhsil aldığını göstərib. Milyarderlərin çıxdığı ilk 20 universitetdən 16-ı ABŞ-ın elit ali məktəbidir.

 

Ən çox sayda milyarder məzunu olan ali məktəb ABŞ-ın Pensilvaniya Universitetidir. Milyarder “buraxan” top-20 institut siyahısında sonrakı yerləri ABŞ-ın Harvard, Yel, Cənubi Kaliforniya, Prinston, Kornelli və Stanford universitetləri tutur.

 

Milyarderlərin əksəriyyətinin pulu investisiya-maliyyə layihələri və bankçılıqdan çıxıb.

 

Təhsillə yanaşı onun coğrafiyasının dəyişməsinə dəlalət edən əlamətlər də nəzərə çarpır.

 

Milyarderlər “buraxan” universitetlərin çoğrafiyası dəyişməkdədir. Belə ki, Mumbay Universitetinin top-20 institut siyahısında 9-cu yerə çıxması Hindistan iqtisadiyyatının yüksəlişdə olmasını əks etdirir.

 

Həmin siyahıda Britaniya yalnız bir ali məktəblə təmsil olunub. Bu, London İqtisad Məktəbidir (“London School of Economics” – LSE). LSE Mumbay Universitetindən sonra 10-cu yerdə qərarlaşıb.

 

Siyahıda nə məhşur Kembric, nə də Oksford üniversitetlərinin adı var.

 

Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin top-20 institut siyahısında 11-ci yeri bu ölkədə super-zəngilərin sayının artmasına dəlalət edir.

 

ABŞ universitetləri siyahıda üstünlük təşkil etsə də həmin üniversitetləri bitirən milyarderlərin 25 faizindən çoxu ABŞ vətəndaşı deyil. Universitetdən sonra elmi dərəcə üçün təhsilini davam etdirənlər arasında isə belələrinin sayı 39 faiz təşkil edir.

 

Bir qayda olaraq “sıravi milyarder” bitirdiyi institutla əlaqəsini kəsmir, doğma təhsil ocağına vaxtaşırı xeyriyyə dəstəyi göstərir.

 

Ümumiyyətlə, milyarder xeyriyyəçilik edirsə, ianələri böyük ehtimalla ali təhsil sahəsinə yönəldir.

 

Hesabata əsasən super-zənginlərin yaşamağa üstünlük verdikləri məkanların çoğrafiyası nisbətən dardır – onların 40 faizi Moskva və London başda olmaqla Avropanın cəmi 10 şəhərində yaşayır. Dünya üzrə ən şox sayda milyarderlərə malik olan şəhər isə Nyu-Yorkdur.

 

Virtualaz.org saytı BBC-yə istinadən xəbər verir ki, bu hesabat müəyyən təzadlara da işıq salır: Afrikada milyarderlərin sayına görə irəlidə gedən Nigeriya eyni zamanda təhsil almaq imkanı olmayan uşaqların sayına görə də qitənin lideridir.

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırması da daxil olmaqla bir neçə təhqiqata əsasən ali təhsil gələcəkdə yüksək məvacibli iş tapmaq şansını artırır.

 

Sosilogiya sahəsinə elmi araşdırmalar müəllifi, professor Frank Furedi deyir ki, dünya üzrə elit universitetlərlə yerdə qalan ali məktəblər arasında uçurum getdikcə dərinləşməkdədir.

 

“Nüfuzlu universitetlər qlobal oyunçuları cəlb edən məkana çevrilib” – deyə Frank Furedi qeyd edir.

 

Ən çox milyarder məzunu olan universitetlərin siyahısı:

 

1. Pensilvaniya Universiteti

 

2. Harvard Universiteti

 

3. Yel Universiteti

 

4. Cənubi Kaliforniya Universiteti

 

5. Prinston Universiteti

 

6. Kornelli Universiteti

 

7. Stenford Universiteti

 

8. Berkli Universiteti

 

9. Mumbay Universiteti

 

10. London İqtisad Məktəbi (LSE)

 

11. Lomonosov adına Moskva Dövlət Universiteti

 

12. Texas Universiteti

 

13. Dartmout Kollec Universiteti

 

14. Miçiqan Universiteti

 

15. Nyu-York Universiteti

 

16. Dyuk Universiteti

 

17. Kolumbiya Universiteti

 

18. Braun Universiteti

 

19. Massaçusets Texnologiya İnstitutu

 

20. ETH Sürix Universiteti.

Mənbə : virtualaz.org

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın