Menu
Geri İrəli

Minarə Tahirova ilə vida mərasimi keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2017 • Baxış sayı: 6,865 dəfə • 2 şərh
Share Button

DSC_0083

Sumqayıtın tanınmış pedaqoqu Minarə Tahirova ilə vida mərasimi keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vida mərasimində iştirak edib. Şəhər rəhbəri mərhumun ailə üzvlərinə  dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, 81 yaşlı pedaqoq Minarə Tahirova uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Bioqrafiya:

Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olub.

1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olub.

1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir:

“Sumqayıt hər bir sumqayıtlının tale şəhəridir. Mənim isə öz şəhərimdir.”

Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə işləyib.

1981-1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1987-ci ildən 2011-ci ilədək N.Gəncəvi adına TTEL-in direktoru vəzifəsində çalışıb.

1954-cü ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959-cu ildən bu günə qədər taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini,23 saylı məktəbdə direktor vəzifəsidə çalışıb.

1981-1983-cü illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləyib.

“SSRI təhsil əlaçısı”, “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”,  “Respublika qabaqcıl maarif xadimi” döş nişanları ilə təltif olunub.

2000-ci ilin 18 martında Prezidentin fərmanı ilə “Əməkdar müəllim” adına layiq görülüb, prezident təqaüdçüsüdür.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

DSC_0089 DSC_0091 DSC_0094 DSC_0096 DSC_0099 DSC_0100 DSC_0108 DSC_0113 DSC_0118 DSC_0121 DSC_0125 DSC_0131 DSC_0134 DSC_0136 DSC_0139 DSC_0147 DSC_0151 DSC_0154 DSC_0157 DSC_0179 DSC_0202

 

 

Facebook Şərhləndirmə:
Share Button

“Minarə Tahirova ilə vida mərasimi keçirildi – FOTOLAR” yazısına 2 cavab

  1. Niyaz muellim deyir:

    Sumqayit tehsilinin yaradici simasi,ziyaliligin layiqli numayendesi idi Minara MUellime.Gozel teskilatci,yaxsi pedaqoqlarin qedrini bilen ve qiymetlendiren bir teskilatci idi.Allah rehmet elesin.

  2. Xanəli Məmmədov deyir:

    Tutduğu vəzifə onu yox O,Özünə dəyər verərək tutduğu vəzifəni şöhrətləndirə bildi,ən əsası Prezident İ,Əliyevin neft kapitalını insan kapitalına şevirək…..şüarırını həyata keçirməyi qarşısına məqsəd qoyan əsl məktəb rəhbəri obrazını yarada bildi……Yeri cənnətdir.

Şərhinizi yazın