Menu
Geri İrəli

Mirmahmud Mirəlioğlu rəqibi Rafiq Dəmirovdan danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2010 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

KXCP sədri Mirmahmud Mirəlioğlu yeni müsavat qəzetinə açıqlamasında YAP tərəfdən irəli sürülmüş rəqibi Rafiq Dəmirovdan danışıb.

YAP-ın siyahısı ilə ciddi maraqlanmadığını bildirən Mirmahmud Mirəlioğlu  bu səbəbdən də siyahı ilə şəxsən tanış olmadığını bildirib: “YAP-ın siyahısının marağında olmamışam. Mən hazırda 42 saylı dairədə namizədliyim üçün imza toplamaqla məşğulam. YAP-ın siyahısı haqqında dostlar mənə ümumi məlumat veriblər. O siyahının necə olmasının mənim üçün ciddi əhəmiyyəti yoxdur. Bu, YAP-ın özünü maraqlandırmalıdır. Əgər hakimiyyətin Azərbaycanın gələcəyi ilə bağlı müsbət ciddi fikirləri varsa, seçkinin demokratik keçirilməsinə əngəl olmamalıdırlar. Əsas məsələ budur”.
M.Mirəlioğlu YAP-ın Sumqayıt şəhər 42 saylı dairədən irəli sürdüyü namizədi – Rafiq Dəmirovu yaxından tanımadığını dedi: “Onu bu yaxınlarda bir məclisdə görmüşəm. Bu dairəyə gəlib, xoş gəlib. Onu özümüzə görə qarşılayacağıq, özünə görə də yola salacağıq. Siyahı onu göstərir ki, hakimiyyət parlamentə yeni simalar gətirmək istəyir. Həmin yeni simaların əksəriyyəti isə qanun yaradıcılığı ilə məşğul olmayan, bu sahəyə yad adamlardır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın