Menu
Geri İrəli

Mirmahmud Mirəlioğluna “yox” deyildi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Oktyabr 2015 • Baxış sayı: 490 dəfə • Şərh yoxdur

mirmahmuddKlassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun noybarın 1-də Milli Məclisə keçriləcək seçkilərdə deputatlığa namizədliyi qeydə alınmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin sədri Həsən Məmmədov verib. O bildirib ki, Mirmahmud Mirəlioğlunun dairəyə təqdim etdiyi sənədlərdə bir çox problemlər olub və bu səbəbdən onun namizdəliyi qeydə alınmayıb.

Qeyd edək ki, Mirmahmud Mirəlioğlu namizədliyini “Azadlıq-2015” blokundan, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən verib.

Məlumat üçün bildirək ki, Yeni Azərbaycan Partiyası həmin dairədən hazırkı deputat Muxtar Babayevin namizədliyini verib.

Klassik Xalq Cəbhəsi Partiyası sədr Mirmahmud Mirəlioğlunun qeydə alınmaması məsələsinə aydınlıq gətirib. Partiyanın sədr müavini Xəzər Teyyublu bildirib ki, hazırda 43 saylı Sumqayıt Üçüncü Seçki dairəsində bu məsələ araşdırılır:“Məsələ hüquqi cəhətdən araşdırılır. Bu məsələ ilə bağlı məhkəmələrə müraciət edəcəyik. Mirmahmud Mirəlioğlunun bütün imzaları doğrudur, amma niyə qeydə almayıb onu bimirik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın