Menu
Geri İrəli

MMA üzrə Azərbaycan çempionatı keçiriləcək – SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2016 • Baxış sayı: 796 dəfə • Şərh yoxdur
Share Button

1481110536927365197_1000x669Dekabrın 9-da Sumqayıt Olimpiya Kompleksində MMA üzrə Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan MMA Federasiyasından sumqayitxeber.com-a verilən məlumata görə, yarışın Sumqayıtda keçirilməsində məqsəd bu növün paytaxtdan başqa şəhərlərdə də inkişaf etdirilməsinə dəstək olmaqdır.

Federasiyanın vitse-prezidenti Etiqad Atakişiyev bildirib ki, yarışda 23 klubdan 100-dən çox idmançı mübarizə aparacaq. Çempionatda idmançılar 8 çəki dərəcəsində yarışacaqlar.

Qeyd edək ki, yarışın final görüşləri saat 18:00-də başlayacaq və “İdman Azərbaycan” televiziya kanalı ilə canlı yayımlanacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın