Menu
Geri İrəli

Moskvada “Rus marşı” başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2013 • Baxış sayı: 570 dəfə • 1 şərh

Rusiyanın paytaxtı Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbsi ətrafındakı olaylardan sonra rus millətçiləri tərəfindən bu günə elan olunmuş “Rus marşı” aksiyasına start verilib.

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva regional bölməsinin icraçı direktoru Aydın Cəfərli APA-ya açıqlamasında bildirib ki, aksiya Moskvanın “Lyublino” metro stansiyası yaxınlığında, eyni adlı ərazidə yerli vaxtla saat 11: 00-da başlayıb.

 Azərbaycan diaspor nümayəndələrinin aksiyanı müşahidə etdiyini söyləyən A. Cəfərli qeyd edib ki, ərazi hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarətə götürülüb, iştirakçılar aksiyaya polis tərəfindən yoxlanılaraq buraxılır. Onun sözlərinə görə, hələ ki aksiya dinc şəraitdə keçir və əsas şüarlar “Ruslar, birləşin!”, “Ruslar, həmrəy olun!” və sair bu kimi çağırışlardan ibarətdir: “Dəqiq say məlum olmasa da, bu dəqiqələrə qədər aksiyaya insanların axını hələ də davam edir. Bütün hallarda biz azərbaycanlılara bu gün hər hansı təxribata qarşı ehtiyatlı olmağı tapşırmışıq”.

Qeyd edək ki, “Rus marşı” aksiyası Moskva meriyası ilə razılaşdırılıb.

Facebook Şərhləndirmə:

“Moskvada “Rus marşı” başladı” yazısına bir cavab

  1. Mustafa Eraslan deyir:

    ruslarda qudurdular uje…

Şərhinizi yazın