Menu
Geri İrəli

Moskvadan qara xəbər: azərbaycanlı öldürüldü – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2013 • Baxış sayı: 149 dəfə • Şərh yoxdur
Share Button

Moskva şəhərinin qərb hissəsində Azərbaycan vətəndaşının meyiti tapılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, noyabrın 12-nə keçən gecə polisə Bryanskaya küçəsi, ev 3 ünvanında bir nəfərin bıçaq zərbəsi ilə yaralandığı haqda məlumat daxil olub. Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları üzərində çoxsaylı xəsarətlər olan kişi meyiti aşkarlayıblar. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, öldürülən şəxs 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.   

 Fakt üzrə cinayət işi qaldırılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın