Menu
Geri İrəli

MSK sədri ilkin nəticələri açıqlandı-İLHAM ƏLİYEV QALİBDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2013 • Baxış sayı: 148 dəfə • Şərh yoxdur

Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, M. Pənahov prezident seçkiləri ilə bağlı etibarlı hesab edilmiş səslərin namizədlər üzrə bölgüsünün ilkin nəticələrini açıqlayıb.

 O, əvvəlcə deyib ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərib. Seçicilərin ümumi sayı isə 5 milyon 145 min 643 nəfərdir. Yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib. Ölkə üzrə ümumi seçici fəallığı isə 72,31 faiz təşkil edib.

Seçki prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilib: “Gün ərzində Mərkəzi Seçki Komissiyasına bir dənə də olsun rəsmi şikayət daxil olmayıb. Bununla da seçki prosesinin şəffaf və normal keçirilməsinə nail olduq”.

M. Pənahov deyib ki, 3947 seçki məntəqəsindən (ümumi məntəqələrin 72 faizi) daxil olan nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyev indiyədək hesablanan bülletenlərə əsasən irəlidədir. İlham Əliyev 84,73 faizlə (2039127 səs) öndə gedir.

 Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli – 5,27% (148 400 səs)
İqbal Ağazadə 2,32% (65 469 səs)
Qüdrət Həsənquliyev – 2,09% (58 972 səs)
Zahid Oruc – 1,48% (41 638 səs)
İlyas İsmayılov – 1,10% (30 969 səs)
Fərəc Quliyev – 0,87% (24 410 səs)
Araz Əlizadə – 0,88% (24746 səs)
Sərdar Məmmədov – 0,63% (17 705 səs)
Hafiz Hacıyev – 0,66% (18 582 səs)

 M. Pənahov qeyd edib ki, yaxın 1 saata bütün məntəqələrdən MSK-ya nəticələr daxil olacaq və Azərbaycan seçiciləri rəqəmlərlə tanış ola biləcəklər: “Qarşıdan gələn iki gün ərzində isə bütün məntəqələrdən protokollar Mərkəzi Seçki Komissiyasına daxil olacaq”.

 M. Pənahov əlavə edib ki, ümumilikdə ciddi qanun pozuntuları baş verməyib və bütün anlaşılmazlıqlar aradan qaldırılıb.

 Nəticələr MSK-nın rəsmi yerləşdirilir.

Qeyd edək ki, rəsmi nəticələr təsdiq olunması üçün 10 gün müddətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndəriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın